Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 8
  • Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı, cinayət işi açıldı

Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı, cinayət işi açıldı

admin 08 Mart 2026 2 minutes read
d5e86adf71813a0a84b1af32c085c186
PAYLAŞIN:

Bakıda sürücülər arasında dava olub.

Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

İttiham aktına görə, 22 yaşlı Rəcəb Muxtarov (ad və soyad şərtidir) “Kia Pride” markalı avtomobili dövlət qeydiyyat nişanı üzərində olmadan idarə edib. Bu zaman “Mercedes” markalı avtomobil onu ötərək keçib. “Mercedes” sürücüsünün bu hərəkəti Rəcəbin xoşuna gəlməyib. Buna görə də onlar arasında dava olub. Dava zamanı Rəcəb əlindəki dəmir parçası ilə özündən yaşca çox böyük olan zərərçəkənin sifətinə zərbə vurub. Nəticədə zərərçəkənin burnu sınıb və bir sıra xəsarətlər alıb.

Buna görə də o saxlanılıb və barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Təqsirləndirilən Rəcəb Muxtarov bildirib ki, Naxçıvanda hərbi xidmətdə olub. Xidmət zamanı hava dumanlı olduğu üçün digər əsgər yoldaşı ilə azaraq Ermənistan tərəfə keçib. 9 ay bu ölkədə əsirlikdə saxlanılıb və sonradan Azərbaycana qaytarılıb. Zərərçəkən isə bildirib ki, Rəcəb onu “beşbarmaq”la vurub. Onun sözlərinə görə, Rəcəb həmin alətlə sifətinə iki dəfə yumruqla vurub. O, yerə yıxılandan sonra Rəcəb təpiklə ona zərbələr də vurub. Sonra dostları ilə birgə çıxıb gediblər.

Zərərçəkən şəxs təqsirləndirilən şəxslə barışdıqlarını və onun həbs olunmasını istəmədiyini deyib.

Məhkəmənin qərarı ilə Rəcəb Muxtarov barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq tapşırılıb, eyni zamanda Bakını tərk etmək və kütləvi tədbirlərə qatılmaq qadağan edilib./lent.az

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İranda hərbi çevriliş olacaq? – MÜSAHİBƏ
Next: SON DƏQİQƏ! Elçin Quliyevlə bağlı QƏRAR VERİLDİ

OXŞAR MÖVZULAR

kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

admin 23 Aprel 2026
IMG_20260423_142423

Ağcabədidə Kür çayı bəndi yarıb

admin 23 Aprel 2026
e4mraQIKp9fpKTspaVkcftDNzlKw1uVOqBAb3w9w_1200

Şəkidə məhkum ölüb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.