Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 7
  • “Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026 6 minutes read
WhatsApp Image 2026-03-06 at 00.30.47
PAYLAŞIN:

Bəzən əsl həqiqəti görmək üçün sözlərə ehtiyac qalmır. Yetər ki, baxışların obyektiv, sağlam və adekvat olsun. Elə də sözlər var ki, onlar, əksinə həqiqəti gizlədir. Bu günlərdə yaşanan hadisələr ilə bağlı həqiqəti bilmək xalqın haqqıdır. Odur ki, hadisələrin ardıcıllığına diqqət yetirək:

– martın 4-də səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verib;

– martın 5-də səhər saatlarında Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib və mülki obyektlərə zərər yetirilib.

Axı soyuqqanlı şəkildə bunu necə adlandırmaq olar?! Əslində, Prezident İlham Əliyev 5 mart tarixində Təhlükəsizlik Şurasının iclasında çıxış edən zaman baş verənlərə çox dəqiq ad verib: “Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir”. Hadisələrin bu xronologiyasını əsla unutmaq olmaz. Bu xronologiya Azərbaycanda yazılan və bundan sonra yazılacaq bütün müasir siyasi ədəbiyyata daxil olmalıdır. Bu xronologiya beynəlxalq münasibətlər sisteminin müasir “əxlaqını” ifşa edir. Bu xronologiya riyakarlığı və siyasətin iç üzünü ifşa edir. Nəhayət, bu xronologiya böyük xalqımız və ayrıca olaraq hər birimiz üçün unudulmaz dərsdir.

Tərəddüd etmədən deyə bilərik ki, baş verən hadisələr bu günlərdə gözəl məmləkətimizin hər bir vətəndaşını düşündürür və dərindən narahat edir. Təsadüfi deyil ki, hər bir məsuliyyətli vətəndaş hadisələr ilə bağlı öz fərdi münasibətini bildirir və baş vermiş terror aktını şiddətlə qınayır. Bu günlərdə Azərbaycanı müxtəlif təlatümlərdən qoruyan və daha güclü edən milli həmrəylik küləyi növbəti dəfə əsdi. İnsanlar yenə də ölkəmizdə yaşanan dövlət-cəmiyyət birliyinə şahidlik etdi. Siyasi partiyalar, ictimai fəallar, müxtəlif təşkilatlar dərhal münasibət bildirdilər və rəsmi bəyanatlarla çıxış etdilər. Ürəkdən gələn və öz dövlətinə sadiqlikdən qaynaqlanan bu cür təşəbbüskarlıq Azərbaycan xalqının səfərbərlik potensialının təcəssümüdür. 44 günlük müharibədə əldə etdiyimiz tarixi Qələbədən sonra bütün dünya yenidən dövlət və xalqımızın sözügedən potensialından xəbərdar oldu.

Azərbaycan xalqı müasir dünyada Qələbənin tamını dadmış nadir xalqlardandır, bu səbəbdən də Qələbənin dəyərini çox gözəl bilir. Bir nankor dron hücumu ilə bu xalqın içinə nifaq salmaq mümkünsüzdür. Əksinə, bu cür təxribatlar bizi daha güclü və daha inamlı edir. Yeri gəlmişkən, xalqın içində nifaq salmaq arzusunda olanlar və bunu qaranlıq həyatlarının məqsədi kimi bilənlər alçaqcasına baş verənləri hətta “təsadüfi hadisə” adlandırmağa çalışırlar. Bununla da terrora bəraət qazandırmaq istəyirlər. Yuxarıda göstərilən hadisələrin xronologiyasına diqqət yetirmək kifayət edər ki, bu cür ünsürlərin davranışını adi məsuliyyətsizlik kimi yox, məhz xainlik kimi qiymətləndirək.

Müxtəlif təxribat, intriqa və təzyiqlərə rəğmən Prezident İlham Əliyev siyasətdə milli maraqların üstünlüyünü daim nümayiş etdirib. Dövlət başçısı üçün milli maraqlar siyasi münasibətlərdə hər zaman toxunulmaz “qırmızı cizgi” olub. Ötən illər ərzində buna dəfələrlə şahidlik etmişdik. Onu da çox yaxşı bilirik ki, Prezident konkret məsələlər ilə bağlı hər zaman açıq fikir səsləndirir. Bu dəfə də istisna olmadı: “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik” (Təhlükəsizlik Şurasının 5 mart 2026-cı il tarixli iclası).

Bəli, növbəti dəfə Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin dönməz, prinsipial siyasi iradəsinə şahidlik etdi. Bu həmin o iradədir ki, onun sayəsində bütün təzyiqlərə rəğmən Azərbaycan öz müstəqilliyini qoruya bildi, inkişaf etdi, beynəlxalq münasibətlər sisteminin vacib iştirakçısına çevrildi, ərazi bütövlüyünü bərpa etdi, habelə dünyada qlobal tendensiyaları müəyyən edən ABŞ kimi dövləti özünə strateji tərəfdaşa çevirdi. Burada prinsipial olaraq onu yada salmalıyıq ki, hər bir növbəti uğur əldə ediləndən sonra Prezident daim bu fikrini təkrarlayır: “Mən həmişə xalqın dəstəyinə arxalanmışam, mənə güc verən xalqın mənə olan inamıdır”. Hər birimizin göz bəbəyi kimi qorumalı olduğu milli həmrəylik məhz həmin inamın təzahürüdür. Odur ki, zamanında müxtəlif qüvvələr tərəfindən yalnız təxribat aləti kimi istifadə olunan siyasi partiyaların xüsusilə bu kimi günlərdə dövlətin maraqlarını müdafiə edən mövqedən çıxış etməsi faktı onların məhz cəmiyyətin səfərbərlik potensialını artıran demokratik siyasi institut kimi inkişaf etməsinə zəmin yaradır.

Politoloq Asif Adil

Loading

Visited 3 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək
Next: 8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.