Misli Premyer Liqasında XXIII tura bu gün start veriləcək.
Paraqraf.com-un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Karvan – Yevlax” evdə “Sumqayıt”la üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşü Əli Əliyev idarə edəcək.
“Sumqayıt” 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 7 xala malik “Karvan-Yevlax” isə sonuncu – 12-cidir.
Misli Premyer Liqası
XXIII tur
7 mart
15:00. “Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu.
Qeyd edək ki, XXIII tura martın 10-da yekun vurulacaq.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
