Azərbaycanda demək olar ki, bütün dövlət qurumlarında və nazirliklərdə ictimai şuralar fəaliyyət göstərir. Bu qurumların əsas məqsədi vətəndaş cəmiyyəti ilə dövlət arasında körpü rolunu oynamaq, şəffaflığı və ictimai nəzarəti təmin etməkdir. Lakin son dövrlər ictimai şuraların real fəaliyyəti, qərarvermə prosesinə təsir imkanları və hesabatlılıq səviyyəsi ilə bağlı suallar səsləndirilir. Bəzi hallarda şuraların formal xarakter daşıdığı, mütəmadi iclasların keçirilmədiyi və ictimaiyyətə açıq hesabatların təqdim olunmadığı iddia edilir.
İqtisadçı-ekspert Natiq Cəfərli “Paraqraf.com”a bildirib ki, ictimai şuralar ideya olaraq cəlbedicidir:
“Çünki ictimai şuralar görünməyən problemlərin müzakirəsi və müxtəlif düşüncəli insanların təmsil olunması üçün yaradılıb. Amma zamanla bir qədər formallığa çevrildi. Dövlət-hökumət orqanlarının nəzdində fəaliyyət göstərən ictimai şuraların bir qismi formal qurum təsiri bağışlayır. İctimai şuralar ideya olaraq müsbət nəticələr doğura biləcək yanaşma idi. Ona görə də bu ideyanı yenidən təşkilatlandırmaq, ictimai nüfuz sahibi olan mütəxəssislərin şuralarda təmsil olunmasına ehtiyac var”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
