Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 2
  • ŞOK İDDİA: Xameneinin ölümü İranda yeni siyasi kursun başlanğıcı ola bilər

ŞOK İDDİA: Xameneinin ölümü İranda yeni siyasi kursun başlanğıcı ola bilər

admin 02 Mart 2026 3 minutes read
9751af17-deba-4a9d-a512-86f0b68e5209
PAYLAŞIN:

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İranda baş verən hadisə regionun gələcək taleyi ilə bağlı ciddi suallar doğurub. Ölkənin ali dini liderinin ölümü ilə bağlı yayılan məlumatlar yalnız İran daxilində deyil, beynəlxalq siyasi arenada da yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirdiyi təsdiqlənib.

Maraqlıdır, Xameneinin ölümündən sonra İranı hansı siyasi dəyişikliklər gözləyir?

Politoloq Ramiyə Məmmədova Paraqraf.com-a bildirib ki, Xameneinin öldürülməsindən sonra İran tərəfindən açıqlama verilib və başda Pezeşkian olmaqla 3 nəfərlik konsey yaradılıb:

“Pezeşkian prezident olaraq ölkənin idarəetməsini həyata keçirir. Burada nəzərə almaq lazımdır ki, SEPAH-ın gücünü azaltmaq olmaz. Çünki hərbi güc İranda daha çox öz rolunu tapıb. Deyilir ki, 2-3 gün ərzində dini lider seçiləcək. Ancaq yeni liderin kim olacağı barəsində tam açıqlama verilməyib. Konseydə həmin dini lider seçiləcək. Yeni gələcək lider ola bilər ki, Xameneidən daha fərqli siyasət yürütsün. Xamenei indiyə qədər qatı dini lider kimi gündəmdə olub. Ancaq yeni seçiləcək lider prezidentlərlə birlikdə daha loyal siyasət yürüdə bilər. İranın zaman qazanması bugünkü gündə çox vacibdir. İran həm daxildə, həm də xaricdə gedən proseslərdə artıq başa düşməlidir ki, özünə düşmən toplamaq yox, daha çox dost qazanmalıdır. İranın ən böyük problemlərindən biri ətrafındakı qonşu dövlətlərlə gərgin münasibətlərinin olmasıdır. İranın şiəliyi əsas tutaraq digər sünni dövlətlərlə münaqişə aparması doğru siyasət deyil”.

O əlavə edib ki, İran daxildə və qonşuları ilə münasibətləri normallaşdırmalıdır:

“Xameneinin öldürülməsi daxildə gedən proseslərdə həm sevinc, həm də kədər doğuran reaksiyalara səbəb olub. İranda həm siyasi, həm də iqtisadi proseslər kifayət qədər mürəkkəbdir. Buna görə də yeni seçiləcək lider bütün bunları nəzərə alaraq daha balanslı siyasət yürütməlidir. Həmçinin xarici siyasətdə daha düzgün istiqamət seçilməsi İran üçün daha uğurlu ola bilər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Keçən il Azərbaycanda vərəmdən ölənlərin sayı 40 %-dən çox azalıb
Next: “Netanyahunun ofisi vuruldu” – İrandan AÇIQLAMA

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.