Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Hörmüz bağlanarsa, neft 110 dollara çata bilər – 30%-lik artım gözlənilir
MANŞETÖZƏL

Hörmüz bağlanarsa, neft 110 dollara çata bilər – 30%-lik artım gözlənilir

02 Mart 2026 2 Min Read
PAYLAŞIN:

İran Hörmüz boğazındakı gəmilərə xəbərdarlıq edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İran gəmilərə mesaj göndərərək “heç bir gəminin Hörmüz boğazından keçməsinə icazə verilmir” deyə xəbərdarlıq edib.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Paraqraf.com”a bildirib ki, Hörmüz boğazının bağlanması dünyada ciddi şəkildə neftin bahalaşmasına səbəb olacaq:

“Dünya neftinin 20%-dən çoxu bu boğaz vasitəsilə nəql olunur. Xüsusilə dünya bazarlarına Asiya ilə Avropanı birləşdirən əsas logistik strateji nöqtə hesab olunur. İran–İsrail–ABŞ arasında başlanan hərbi əməliyyatlar artıq dünya birjalarına öz təsirini göstərməyə başlayıb. Dünya bazarlarında 1 barelin qiyməti 10%-dən çox bahalaşıb. Bu bahalaşma davam edəcək. Faktiki qeyri-müəyyənlik vəziyyətində neftin qiymətinin artması və bunun davam edəcəyi gözləniləndir”.

Ekspert qeyd edib ki, baş verən proseslər qızılın da qiymətinə təsir edir:

“ABŞ Prezidenti Donald Tramp açıqlama verərək bildirib ki, İranda hərbi əməliyyatlar 4 həftə və ondan bir qədər çox davam edə bilər. Bu isə o deməkdir ki, mart ayında neftin qiymət artımı davam edəcək. Bu bahalaşma hər gün dəyişə bilər. Mart ayında neftin qiymətini 1 barel üzrə 100–110 dollar səviyyəsində müşahidə etmək mümkün ola bilər. Son 8 ayda neftin qiyməti 70–71 dollardan baha deyildi. Lakin bu gün birjalar açıldığı ilk dəqiqələrdən neftin qiyməti 81 dollardan yuxarı qalxmağa başladı”.

O əlavə edib ki, hərbi əməliyyatların davam etməsi və regiondakı gərginliyin qalması qiymət artımını şərtləndirir:

“Hərbi əməliyyatlar başa çatdıqdan və İranla ABŞ arasındakı münasibətlər nisbətən yoluna düşdükdən sonra qiymətlər yenidən əvvəlki səviyyəsinə qayıda bilər. Lakin yaxın 1–2 ay ərzində neftin ucuzlaşması deyil, təxminən 25–30% civarında bahalaşması gözlənilir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Next

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Copyright 2026— Praqraf.com. All rights reserved