Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.
Paraqraf.com xəbər verir ki, yarışın son günündə Azərbaycanın 6 cüdoçusu tatami üzərinə çıxacaq.
Murad Fətiyev (90 kq), Mədinə Kaisinova (78 kq), Əjdər Bağırov (100 kq) 1/16 finaldan, Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov və Camal Qəamzatxanov (hər ikisi +100 kq) isə 1/8 finaldan mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, daha əvvəl Ömər Rəcəbli (81 kq), Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanıblar.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
