Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 28
  • SSRİ-ni “Ayı tələsi”nə salan ölkə – Pakistana “Taliban”dan xəyanət

SSRİ-ni “Ayı tələsi”nə salan ölkə – Pakistana “Taliban”dan xəyanət

admin 28 Fevral 2026 6 minutes read
bde44f6b69cb6f1d30fc7fe358c10b60
PAYLAŞIN:

Bu gün dünyada müstəqil Əfqanıstan dövləti varsa, öz mövcudluğunu ilk növbədə Pakistan dövlətinə borcludur. Bu, Əfqanıstanı idarə edən teokratik rejimə də aiddir. Onları da bu yerə Pakistan dövləti çatdırıb.

Çünki 40 il əvvəl sovet hərbi kontingenti Əfqanıstanı başdan-başa işğal edərək marionet hakimiyyət quranda və bu ölkəni sovetləşdirərək, qeyri-rəsmi şəkildə SSRİ-nin 16-cı respublikasına çevirəndə məhz Pakistan əfqan-mücahid müqavimətinin sığınacaq yerinə, gerillalar üçün beynəlxalq logistika mərkəzinə çevrilib.

Düzdür, 1979-89-cu illərdə Əfqanıstandakı hərbi müqavimət hərəkatına ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İran, Yaponiya, Çin, Misir kimi ölkələr hərtərəfli yardmlar ediblər, amma əksər yardımların Əfqanıstana çatdırılması yolları Pakistandan keçib.

O illərdə Pakistan ABŞ, Çin və Səudiyyə Ərəbistanının müttəfiqi idi. 1970-ci illərdən etibarən Pakistan ABŞ-nin təsir dairəsində idi. Əfqanıstandakı savaşı “öz müharibəsi” sayan və Vyetnamdakı məğlubiyyətinin əvəzini çıxmaq istəyən ABŞ SSRİ-nin ağzının payını verəcəyinə əmin idi və Pakistanın dəstəyinə güvənirdi.

afq-1.JPG (125 KB)

Pakistan ABŞ-nin tapşırığı və dini təəssübkeşlik motivi ilə ilk gündən Əfqanıstan müqavimətinə hərtərəfli kömək etmək işinə girişib. Bu ölkənin kəşfiyyat strukturlarının təlimatçıları ölkə ərazisində yaratdıqları düşərgələrdə mücahidlər yetişdirməklə yanaşı, sovet qoşunlarına qarşı döyüş əməliyyatlarında da iştirak ediblər.

SSRİ-nin intervensiyasına qarşı formalaşmış beynəlxalq koalisiya Əfqanıstan müxalifəti üçün nəzərdə tutulmuş maliyyə və silah-sursatı Pakistana çatdırıb, ondan sonra hər bir işi Pakistan kəşfiyyatı görüb. Peşəvərdəki təchizat zəncirində yeddi müxalif partiya və onların səhra komandirləri olub. Hərbi yüklər minlərlə kilometr məsafə qət edilərək mücahidlərə çatdırılıb.

1983-1987-ci illərdə Pakistanın xidmətlərarası kəşfiyyatının (ISI) Əfqanıstan şöbəsinin rəhbəri olmuş Məhəmməd Yusifun yazdığı “Ayı tələsi” kitabında bu barədə ətraflı bəhs edib.

Əfqanıstan müxalifəti üçün hərbi təchizat müxtəlif ölkələrdən Pakistana dəniz və hava yolu ilə çatdırılıb. İki təchizat yolundan birincisi Kəraçidən Kvettaya, ikincisi Ravalpindi və Peşəvərdən Əfqanıstan sərhədinə gedib. Sərhəd zonasından Əfqanıstana çoxlu təchizat marşrutları uzanıb.

Silah təchizatı sistemi üç mərhələdən ibarət olub.

Birinci mərhələyə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) cavabdeh olub və silahları Pakistana çatdıraraq, nəqliyyat xərclərini ödəyib.

afq=4.jpg (121 KB)

Pakistanın kəşfiyyat xidməti ikinci mərhələyə cavabdehlik daşıyıb, yükləri Pakistanda qəbul edib, saxlayıb, Peşəvər yaxınlığındakı mücahidlərə paylayıb.

İslamçı partiyalar təchizat zəncirinin üçüncü və son mərhələsinə cavabdeh olublar və silahları Əfqanıstandakı səhra komandirlərinə ötürüblər.

Əfqanıstan müxalifətinə hərbi təchizatın çatdırılması üçün altı əsas marşrut (yol) yaradılıb. Bunların beşi Pakistan-Əfqanıstan sərhədi boyunca sıralanan dağ yollarından, qışda keçilməz yerlərdən olub və Pakistan kəşfiyyatçıları əfqan bələdçilərlə birlikdə hərbi yükü mücahidlərə, Pəncşir vadisinə, Fayzabad şəhərinə, Loqar əyalətinə, Qardezə, Qəznəyə, Qəndəhara, eləcə də Helmand, Nimruz, Fərəh və Herat əyalətlərinə çatdırıblar. Bu marşrutlardan bəziləri hərdən sovet qırıcılarının hücum və pusqularına məruz qalıb. Ayrıca Pakistan İran rəsmiləri ilə dil taparaq, əfqan mücahidləri üçün nəzərdə tutulmuş yükləri İran ərazisinə keçirib, Bəlucistan bölgəsinin sərhəd xətti boyunca irəliləyib, daha sonra Zahedandan Herata adladıblar. İran tərəfi yük daşınması üçün 6 ay öncədən icazə almağı tələb edirmiş, üstəlik, yükləri Pakistandan İrana, oradan da Əfqanıstana keçərkən diqqətlə yoxlayırmış. Karvan geri dönərkən də İranda diqqətli yoxlamaya məruz qalırmış. ABŞ ilə düşmən olan İran bunu Vaşinqtonun xahişi ilə etməzdi, arada İslamabad olmasa, bu marşrut işləməzdi.

afq-2.jpg (246 KB)

Məhəmməd Yusuf “Ayı tələsi” kitabında yazır ki, Pakistanın xidmətlərarası kəşfiyyatının (İSİ) rəisi general Axtar hansı səhra komandirinin hansı növ silahı nə qədər və nə zaman alacağına qərar verirdi. “İSİ-dən kənar heç kim, hətta prezident Ziyaülhəqq belə, Ravalpindi və Kvettadakı anbarlarımızdan silahların, sursatların və ya digər təchizatın paylanmasına nəzarət edə və ya təsir göstərə bilmirdi”, – sabiq kəşfiyyat şefi yazıb.

Bir sözlə, əslində Əfqanıstanda SSRİ-yə qarşı müharibəni yarı-yarıya Pakistan aparıb. Əfqan mücahidlər sadəcə silah götürüb gerillalıq ediblər, hərbi logistika, ərzaq təchizatı, hərbi kəşfiyyat, döyüşçü düşərgələrində mücahid dəstələrin hazırlanması işinə Pakistan hərbçiləri və kəşfiyyatçıları baxıblar. Pakistanın həlledici yardımları olmasaydı, sovet ordusu mücahidləri qısa zamanda məhv edəcək, bütün müqavimət ocaqlarını söndürəcəkdi. Silahsız və azuqəsiz gerillalar dağ başında nə qədər davam gətirə bilərdilər?

İndi Əfqanıstanı idarə edən “Taliban” təşkilatı hesab edir ki, hər şey geridə qalıb, artıq Pakistana silah çevirmək, onunla müharibə aparmaq olar.

Bu, onların böyük yanılqısıdır. Dağlarda döyüş aparmaqda böyük təcrübəyə malik, Kəşmirdə Hindistanla döşləşən və geri addım atmayan nüvə dövləti adı qulağına dəymiş “Taliban” terrorçularının öhdəsindən asanlıqla gələcək.

Araz Altaylı

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ATV-dən şok qərar – Zaurun da verilişi bağlandı
Next: İki Qərb ölkəsi Ukraynaya qarşı savaş açır: Rusiyapərəst dövlətlər Avropa Birliyini də dağıdır

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.