Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan miqrasiya marşrutları boyunca artan ölüm hallarından narahatdır
SİYASƏT

Azərbaycan miqrasiya marşrutları boyunca artan ölüm hallarından narahatdır

28 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın 2026-cı il üzrə həmsədr qismində 41 GCM (Miqrasiya üzrə Qlobal Pakt) çempion ölkə adından bəyanat təqdim edib.

Paraqraf.com xəbər verir ki, BMT-nin mənzil qərargahında paktın icrasına dair ikiillik hesabatı ilə bağlı keçirilən brifinqdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev çıxış edib.

Səfir vurğulayıb ki, GCM insan hüquqlarına və ortaq məsuliyyətə əsaslanan əməkdaşlıq üçün mühüm çərçivə olaraq qalır və hazırkı qlobal çağırışlar fonunda daha da aktualdır.

Çıxışda miqrasiya marşrutları boyunca artan ölüm və itkin düşmə halları ilə bağlı narahatlıq ifadə olunub. Çempion ölkələrin həyatların xilas edilməsi, axtarış-xilasetmə tədbirlərinin gücləndirilməsi və itkin düşmüş miqrantların taleyinin araşdırılması istiqamətində əməkdaşlığı möhkəmləndirməyə sadiq olduqları bildirilib.

Səfir, həmçinin, müşayiət olunan və olunmayan miqrant uşaqların saxlanılmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

Qarşıdan gələn ikinci Beynəlxalq Miqrasiya İcmal Forumunun (IMRF) çoxtərəfliliyə inamın gücləndirilməsi və təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın mümkünlüyünün nümayiş etdirilməsi üçün mühüm imkan olduğu diqqətə çatdırılıb.

Sonda çempion ölkələrin IMRF çərçivəsində mənalı və iddialı nəticələrin əldə olunması üçün üzv dövlətlər və tərəfdaşlarla əməkdaşlığa hazır olduqları vurğulanıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Deputat seçicilərini belə aldadır – Həm də rəsmi qəzet vasitəsilə

Next

Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb

Copyright 2026— Praqraf.com. All rights reserved