Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun tədbir görüb.
Bu barədə Paraqraf.com-a Federasiyadan bildirilib.
“Hidayət Heydərov (73 kq) çəkisini sala bilmədiyinə görə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinə buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb”, – qurumdan vurğulanıb.
Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
