Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun daha iki oyunu baş tutacaq.
Paraqraf.com-un məlumatına görə, hər iki qarşılaşma saat 17:00-da start götürəcək.
“Milli Aviasiya Akademiyası” “Turan”ı qəbul edəcək. Görüş “Milli Aviasiya Akademiyası”nın idman zalında keçiriləcək.
“Gənclər” isə UNEC-lə münasibətlərə aydınlıq gətirəcək. Matç UNEC-in idman zalında təşkil ediləcək.
Xatırladaq ki, XV turda daha əvvəl “Abşeron” “Murov Az Terminal”ı (3:1), “DH Volley” “Gəncə”ni (3:2) məğlub edib.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
