Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Torpaq sənədlərində problem yaşayanlara ŞAD XƏBƏR – Araşdırma proseduru SADƏLƏŞDİRİLDİ!
CƏMİYYƏTMANŞET

Torpaq sənədlərində problem yaşayanlara ŞAD XƏBƏR – Araşdırma proseduru SADƏLƏŞDİRİLDİ!

27 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Daşınmaz əmlakın qeydiyyatı sahəsində məlumatların dəqiqliyinin artırılması məqsədilə qanunvericilik bazası təkmilləşdirilib. Yeni dəyişikliklər torpaq kateqoriyaları üzrə fərqlərin araşdırılması qaydasını tənzimləyərək reyestr və kadastr məlumatlarının uyğunlaşdırılmasını təmin edir.

Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “Paraqraf.com”a məlumat verilib.

Bildirilib ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət torpaq kadastrında əks olunan kateqoriyadan fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericiliyə dəyişikliklər edilib.

Qeyd olunub ki, 14 iyul 2025-ci il tarixində “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun”a və 9 fevral 2026-cı il tarixində Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli Qərarına edilmiş dəyişikliklərə əsasən, qeydiyyat orqanı tərəfindən belə fərqlər aşkar olunduğu halda 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır.

Məlumata əsasən, bu zaman torpaqayırma qərarları, kadastr xəritələri və digər hüquqi-texniki xarakterli sənədlər yoxlanılır, uyğunsuzluğun yaranma mənbəyi və məlumatların düzgünlüyü müəyyənləşdirilir.

Açıqlamada bildirilib ki, vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən kateqoriya ilə bağlı məlumatların doğruluğu təsdiq edildiyi halda, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər aparılır. Əks halda hüquqların qeydiyyata alınmasından imtina edilir.

Bu prosedur vətəndaşların hüquqlarının daha səmərəli şəkildə həyata keçirilməsinə, daşınmaz əmlakın dövlət reyestri və kadastrındakı məlumatların dəqiqləşdirilməsinə imkan verir.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Strateji müttəfiqlikdən qlobal əməkdaşlığa: “Azərbaycan–Türkiyə xətti daha da güclənir” – ŞƏRH

Next

Deputat seçicilərini belə aldadır – Həm də rəsmi qəzet vasitəsilə

Copyright 2026— Praqraf.com. All rights reserved