Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 27
  • Səfir: Xocalı soyqırımının dünyada tanınması aktual olaraq qalır

Səfir: Xocalı soyqırımının dünyada tanınması aktual olaraq qalır

admin 27 Fevral 2026 3 minutes read
D275cf9l0KQQX874JKa68xAazSY78mM5ueF0tzLR_1200
PAYLAŞIN:

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, Xocalı soyqırımının beynəlxalq siyasi-hüquqi qiymətləndirilməsi aktual vəzifə olaraq qalır, bu, gələcəkdə belə cinayətlərin qarşısının alınması üçün lazımdır.

Paraqraf.com xəbər verir ki, diplomat bunu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxış edərkən deyib.

O, faciənin ildönümünün xüsusi şəraitdə – Azərbaycan xalqına qarşı cinayətlərin təşkilatçıları olan keçmiş separatçı rejimin liderlərinin Bakı Hərbi Məhkəməsi tərəfindən məhkum edildiyi bir vaxtda qeyd olunduğunu vurğulayıb.

“Ədalət bərqərar oldu, lakin Xocalı soyqırımının beynəlxalq siyasi-hüquqi qiymətləndirilməsi aktual vəzifə olaraq qalır. Bu, gələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçün vacibdir”, – diplomat bildirib.

R.Mustafayev xatırladıb ki, 1992-ci ilin 25-26 fevralında Xocalıda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, 613 dinc sakin qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, bir sıra sakinlərin taleyi hələ də məlum deyil. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Justice for Khojaly” beynəlxalq kampaniyasından da danışıb. Onun sözlərinə görə, 2010-2024-cü illərdə 18 ölkənin parlamentləri Xocalı hadisələrini kütləvi qırğın və insanlığa qarşı cinayət kimi pisləyiblər.

O, 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasından sonra Qarabağ bölgəsində, o cümlədən Xocalıda genişmiqyaslı bərpa işlərinin davam etdirildiyini vurğulayıb. Diplomatik missiyanın rəhbəri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə toxunub.

R.Mustafayev Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətinə diqqət çəkərək, respublikamızın dünyada ən çox minalanmış ölkələr sırasında olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qarabağda və ətraf ərazilərdə bir milyondan çox mina basdırılıb, bu, Azərbaycan ərazisinin təxminən 13 %-idir.

Hazırda minalanmış ərazilərin 20 %-dən çoxu təmizlənib, 63 minə yaxın mina zərərsizləşdirilib, Azərbaycan dünyada münaqişədən sonra ən genişmiqyaslı minalardan təmizləmə proqramlarından birini həyata keçirir.

Tədbir Xocalı faciəsi hadisələri haqqında sənədli filmin, həmçinin ANAMA-nın fəaliyyətinə həsr olunmuş yeni sənədli filminin qısaldılmış versiyasının nümayiş olunması ilə başa çatıb. Qonaqlar həmçinin Xocalı soyqırımına həsr olunmuş fotosərgi və kitab ekspozisiyası ilə tanış olublar.

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Britaniya səfirliyi: Azərbaycan-Ermənistan normallaşması dayanıqlı sülhə aparan yeganə yoldur
Next: İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.