Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Vahid Əzizdən Xocalı harayı – “Xocalı Vağzalısı”
MANŞETÖZƏL

Vahid Əzizdən Xocalı harayı – “Xocalı Vağzalısı”

26 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan ədəbiyyatında vətən ağrısını, milli faciələri və xalqın sarsılmaz iradəsini poetik dillə ifadə edən qələm sahiblərindən biri də Vahid Əzizdir. Şairin yaradıcılığında Xocalı faciəsi xüsusi yer tutur. Onun “Xocalı Vağzalısı” adlı şeiri yalnız bir ədəbi nümunə deyil, həm də yaddaşlara həkk olunan tarixi ağrının, şəhid körpələrin ruhuna ünvanlanan poetik harayın ifadəsidir.

Şeirdə “Vağzalı” kimi adətən toy-bayramla assosiasiya olunan musiqi motivi faciə kontekstində təqdim edilir və bu ziddiyyət oxucuda dərin sarsıntı yaradır. Müəllif qara zurna və davulun sədaları altında həm matəmi, həm də and yerini, həm də gələcəyə yönəlmiş qisas çağırışını ifadə edir.

Paraqraf.com Vahid Əzizin “Xocalı Vağzalısı” şeirini təqdim edir:

Vahid ƏZİZ
XOCALI “VAĞZALISI”

…alaçıqlar məkanından
səda gəlir,“Vağzalının”
sədaları;
toy çalınır,bu–bir özgə
“Vağzalıdı”,
böyüyüblər,Xocalıda öldürülmüş
körpələrin ruhlarının vüsalıdı!

Zilə qalxın,tükürpədən haray salın
zurnaçılar!
Davulçular,təbilləri elə vurun
məhvərindən yer oynasın!
Qoy anlayıb duysun bəşər–
bu,elə bir itgidir ki,yaraları sağaldıqca
qaysaqların altındakı ağrıları dərinləşər!

Qara zurna,odlu davul,
döyün çürük beyinləri,
açın batmış qulaqları,..
yer üzünün bütün körpə uşaqları
dərk eləsin,anlasın ki,nələr çəkdi
can verərək Xocalıda
öldürülmüş
yaşıdları.

Nə qədər ki,bu cahan var,
Xocalının qan donduran
“Vağzalısı” çalınacaq!!

Nakam getmiş gül balalar,
and içirik baş əyərək
qarşınızda:
QİSASINIZ ALINACAQ!!!

Ey əbədi uyuyanlar,
hövləng qalxıb yerinizdən
indiyədək davam edən qara yaslı,
qan libaslı,didərginli
çadırların ətrafında şənlənərək
“Yallı” gedin,nəğmə deyin,
“Gözəl idi həyat”-deyin.

“Bəy” igidim,“Gəlin” balam,
bu, “Xocalı “Vağzalısı”havasıynan–
uçub gedin…

Bu imansız dünya sizi şərəfsizlər
hiyləsinə qurban verdi,
namərdliklə qurban vardi!!

Uçub gedin,
bu dünyanın acığına özünüzü
O DÜNYADA XOŞBƏXT EDİN.
Uçub gedin,
uçub gedin…

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ceyhun Məmmədov: “Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir”

Next

AFFA İntizam Komitəsi “Şamaxı” və “Kəpəz” klublarını cərimələyib

Copyright 2026— Praqraf.com. All rights reserved