Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 26
  • Haaqanın baş kilsəsində Xocalı soyqırımı qurbanları yad edilib – FOTO

Haaqanın baş kilsəsində Xocalı soyqırımı qurbanları yad edilib – FOTO

admin 26 Fevral 2026 4 minutes read
a1jpg-1772113446
PAYLAŞIN:
Haaqa şəhərinin baş kilsəsi və əsas dini-mədəni mərkəzi olan “Grote Kerk”də Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Əbədi əks-sədaların elegiyası” adlı anım tədbiri keçirilib.Bu barədə Paraqraf.com-a Azərbaycan Respublikasının Səfirliyindən məlumat verilib.

Tədbirdə Niderlandın dövlət qurumlarının, parlamentinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi-ictimai, mədəniyyət, elmi dairələrin nümayəndələri iştirak edib.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışında Xocalı soyqırımının dəhşətli nəticələrini xatırladıb, bu günlərdə soqyırımın 34-cü ildöünümü münasibətilə Niderlandın müxtəlif şəhərlərində keçirilmiş tədbirlər haqda məlumat verib. Diplomat bildirib ki, Avropada Xocalı soyqırımına həsr olunmuş ilk abidənin məhz Haaqa şəhərində ucaldılması Niderlandın tarixi yaddaşa hörmətinin, Azərbaycan xalqı ilə həmrəyliyinin və ölkələrimiz arasındakı insani və mədəni bağların göstəricisidir. O vurğulayıb ki, Xocalı faciəsi Azərbaycanın tarixində sağalmamış bir yara olaraq qalır və şəhidlərimizin müqəddəs xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq. Diplomat həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və milli ordunun şücaəti sayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş qətiyyətli addımlar atır.

M.Əhmədzadə bildirib ki, italyan və Niderland musiqiçilərindən ibarət “I Briconcello” kamera ansamblının təqdim edəcəyi “Əbədi əks-sədaların elegiyası” konserti vasitəsilə Azərbaycan, qlobal səviyyədə sülh və ədalət paytaxtı kimi tanınan Haaqa şəhərindən öz dostları ilə birlikdə, musiqinin dilində rəmzi olaraq dünya ictimaiyyətinə sülh və ədalət mesajı çatdırır.

Ardınca “I Briconcello” kamera ansamblının direktoru maestro Pierluici Ruccero çıxış edib. O, rəhbərlik etdiyi ansamblın 15 il ərzində Azərbaycanla Avropa arasında mədəni körpü rolunu oynadığını, Azərbaycan həqiqətlərinin musiqinin dili ilə Avropa ictiamiyyətinə çatdırılması istiqamətində çalışdığını deyib. Bu xüsusda, həyata keçirdiyi layihələrdən danışıb, xüsusilə də İtaliyada Xocalı soqyırımı qurbanlarının anılmasının 25-ci ildönümü münasibətilə səhnələşdirdiyi Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu ““Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi…” kitabındakı hekayələr əsasında ədəbi-musiqili tamaşanı, habelə bu soyqırımın 30-cu ildönümü münasibətilə Arye və Əmir Qutun həmmüəllifi olduqları “Ağrı” romanının motivləri əsasında ədəbi-musiqili tamaşanı qeyd edib.

Maestro bildirib ki, ansamblın təqdim etdiyi “Əbədi əks-sədaların elegiyası” konsert proqramı Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirmiş İtaliyanın müxtəlif şəhərlərində 2021-ci ildə səhnəyə qoyulub və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ithaf olunub. O əlavə edib ki, repertuar musiqinin sərhədləri aşaraq insanları birləşdirdiyini, hörmət, dialoq və qarşılıqlı anlaşmanı təşviq etdiyini, həmçinin Azərbaycanın çoxəsirlik multikultural və dini tolerantlıq ənənəsini rəmzi olaraq əks etdirir.

Tədbirin musiqi proqramında dünya şöhrətli bəstəkarların həzin və lirik əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin “Şuşa” əsəri, Kəmalə Əlizadənin aranjmanında Azərbaycan xalq mahnısı “Sarı gəlin”, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar və Sevda İbrahimovanın seçilmiş əsərləri səsləndirilib.


Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezident: “Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi”
Next: Rəvanə Hüseynova: Türkiyənin müxtəlif bölgələrindən Azərbaycanda təhsil almaq istəyən gənclər var

OXŞAR MÖVZULAR

036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026
6YaUbFzLgGoZ778K1YGmXA7XSpP866Dj4M7yhypk_1200

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

admin 02 Mart 2026
WhatsApp Image 2026-02-27 at 11.22.02

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

admin 27 Fevral 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.