Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalı ilə bağlı yayılan köməkçisi Pərviz Mirizadənin işdən ayrılması xəbərləri barədə “Paraqraf.com” məsələnin mahiyyətini dəqiqləşdirib.
Deputat Günay Ağamalı saytımıza açıqlamasında məlumatı təsdiqləyərək bildirib ki, köməkçisi özü könüllü şəkildə işdən azad olunmaq istəyib:
“Bu, normaldır. Bir insan işləyir, müəyyən müddətdən sonra işindən ayrıla bilər. Yayılan xəbərlər isə kökündən yalnışdır. Mən bilmirəm yalan məlumatları hansı səbəbdən yayırlar. Heç bir problem yoxdur. Sadəcə olaraq özü könüllü şəkildə işdən ayrılmaq istədi”.
Qeyd edək ki, bir neçə gün əvvəl deputatın atası Fəzail Ağamalı yas mərasimində köməkçinin döyülməsi ilə bağlı iddialar yayılsa da, hər iki tərəf bu xəbərləri təkzib etmişdi.
![]()