Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Kim Çen In yenidən Koreya Əmək Partiyasının sədri seçilib
DÜNYA

Kim Çen In yenidən Koreya Əmək Partiyasının sədri seçilib

23 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Pxenyanda keçirilən Koreya Əmək Partiyasının (KƏP) IX qurultayında nümayəndələr ölkə lideri Kim Çen Inın yenidən sədr vəzifəsinə seçilməsinə səs veriblər.

Paraqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

“Dövlətin və xalqın başında duraraq sosializm işini qələbəyə aparmaq üçün məsul vəzifə tutan KƏP rəhbərinin seçkiləri partiyanın rəhbər qüvvəsinin, vətənin və xalqın gələcəyinin asılı olduğu ən mühüm işdir və partiyanın ali rəhbər orqanı olan partiya qurultayının fəaliyyətində böyük əhəmiyyətə malikdir. Bu qurultay yoldaş Kim Çen Inın KƏP-nin ali postuna yenidən seçilməsi haqqında ehtiramlı təklifi tamamilə dəstəkləmiş və təsdiqləmişdir”, – agentlik qeyd edib.

Əmək Partiyasının IX qurultayı fevralın 19-da Pxenyanda işinə başlayıb. Qurultayda partiyanın səkkizinci çağırış mərkəzi rəhbər orqanının 224 üzvü və bütün partiya təşkilatlarından seçilmiş 4 776 nümayəndə – ümumilikdə 5 min nəfər iştirak edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çin ABŞ-ni ticarət tərəfdaşlarına qarşı rüsumları ləğv etməyə çağırıb

Next

KİV: ABŞ İran ətrafındakı bazalarda hərbi təyyarələrin sayını artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved