Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar yaxın günlərdə əhaliyə suyun verilməsində fasilələr yaranacaq.
Paraqraf.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026‑cı il tarixində saat 22:00‑dan 24.02.2026‑cı il tarixində gecə saatlarına qədər suyun verilməsində fasilə olacaq.
Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək. Abonentlərdən yaranacaq narahatlığa görə anlayışla qarşılandıqları üçün minnətdarlığımızı bildiririk.
Ləman
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
