Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 21
  • Azərbaycan dilinin bugünkü vəziyyəti ürəkaçandırmı?

Azərbaycan dilinin bugünkü vəziyyəti ürəkaçandırmı?

admin 21 Fevral 2026 10 minutes read
1742217073_316060
PAYLAŞIN:

21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir.

Bu günün tarixi YUNESKO tərəfindən 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili Günü elan etməsi ilə başlayıb.

YUNESKO-nun baş konfransında 21 fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrin həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirməsi tövsiyə olunub.

Maraqlıdr, hazırda ölkəmizdə ana dilimizin qorunması ilə bağlı vəziyyət qənaətbəxşdir?

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova  bildirib ki, ölkəmizdə Azərbaycan dili dövlətçiliyimizin əsas atributlarından biri kimi inkişaf etdirilir:

“Çünki xalqın milliliyi, kimliyi, genetik qan yaddaşı onun dilində öz əksini tapır və nəsillərdən-nəsillərə ötürülür. Müasir dövrümüzdə Azərbaycan dilinin qorunması istiqamətində bir çox fərman və sərəncamlar verilmişdir. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. 

Məhz bu nəzərə alınaraq Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında sərəncam, eləcə də “Dövlət dili haqqında” Qanun imzalanmışdır və bu qanunda Azərbaycan dilinin inkişafının bütün perspektivləri müəyyənləşdirilmişdir.

Xüsusilə 2012-ci ildə qloballaşma şəraitində zamanın tələblərinə uyğun olaraq Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Bu komissiyanın başlıca məqsədi Azərbaycan dilinin müasir dövrdə termin yaradıcılığı prosesini tənzimləmək və koordinasiya etməkdir”.

O bildirib ki, əgər dilin nüvəsini ümumişlək sözlər və dialektlər təşkil edirsə, sonrakı dövrdə onun zənginləşməsinə istiqamət verən əsas sahələrdən biri elmin müxtəlif istiqamətlərdə inkişafıdır:

“Elmin müxtəlif sahələrdə inkişafı yeni sözlərin yaranmasına, yeni anlayışların formalaşmasına təkan verir. Bu səbəbdən də dünyanın hər hansı bir yerində yaranan elmi və tibbi kəşflər, birinci növbədə, anlayış vasitəsilə dillərə daxil olur. Hər bir dil öz imkanları daxilində həmin anlayışları ifadə etməli və söz yaradıcılığı prosesini zənginləşdirməlidir.

Bu baxımdan Azərbaycan dilində müasir dövrdə elmin müxtəlif sahələri ilə bağlı yaranan anlayışlar birinci növbədə dilin söz yaradıcılığı vasitəsilə ifadə edilir. Dilimizdə mövcud olan müxtəlif söz yaradıcılığı üsullarından – dialekt və ümumişlək sözlərin terminləşməsi, eləcə də morfoloji, sintaktik, semantik üsullarla yeni anlayışları ifadə edən terminlər yaradılır. Bu proses dilin daxili imkanları hesabına aparılır.

Eyni zamanda dildə söz yaradıcılığı prosesində beynəlxalq leksika əsasında da terminlər yaradılır. Leksika əsasında yaranan sözlər olduğu kimi Azərbaycan dilinə daxil olsa da, bu sözlər ədəbi dilin qanunlarına uyğunlaşdırılaraq verilir. Məhz müasir dövrdə söz yaradıcılığı, termin yaradıcılığı prosesi dil qanunlarına əsaslanaraq aparılır ki, bu da dilin daha da zənginləşməsinə şərait yaradır.

Azərbaycan dilinin tətbiqi məsələsi, nitq mədəniyyətinin inkişaf etdirilməsi müasir dövrdə xüsusilə qarşıda duran mühüm məsələlərdən biridir. Lakin bununla yanaşı, bəzən dil normaları qorunmadan müxtəlif iaşə müəssisələrinin adlarında, eləcə də küçə adlarında və reklamlarda diqqəti cəlb edən, dilin saflığına xələl gətirən səhvlər aradan qaldırılmalıdır.

Müasir dövrdə dil qanunlarına görə, birinci növbədə iaşə müəssisələrinin adları Azərbaycan dilində, ikinci növbədə isə dünya dillərindən biri olan ingilis dilində verilməlidir. Təəssüf ki, bu qanunlar pozulur. Hazırda ölkəmizdə müxtəlif iaşə müəssisələrinin adları daha çox ingilis dilindən alınan sözlərlə verilir və bu isə Azərbaycan dilinin həm saflığına, həm də söz yaradıcılığı prosesinə mənfi təsir edir. Bu kimi halların qarşısının alınması indiki dövrdə qarşıda duran mühüm məsələlərdən biridir”.

S. Sadıqova qeyd edib ki, Azərbaycan dilinin inkişafını özündə əks etdirən zəngin qrammatik sistem hazırda geniş şəkildə tədqiq olunur:

“Termin yaradıcılığı prosesinin prinsipləri, mənbələri, metodları və üsulları ilə bağlı geniş tədqiqat işləri aparılır. Bu isə Azərbaycan dilinin daha qlobal və çevik dilə çevrilməsinə imkan verir”.

Aişə Abdulova

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: 21 fevral: “Ana dili hər bir xalqın milli kimliyidir”
Next: Ramazan ayının üçüncü gününün iftar vaxtı

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.