Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” – VİDEO
CƏMİYYƏTMANŞET

Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” – VİDEO

20 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Öz mənzillərinə 33 il sonra qayıda bilən Həqiqət və İsa Musayevlər elektrik sərfiyyatına görə 10 min 47 manat borclarının olduğunu öyrəniblər.

Paraqraf.com ARB TV-yə istinadən xəbər verir ki, buna səbəb 33 il həmin mənzildə məcburi köçkün ailəsinin məskunlaşması olub.

Həqiqət Musayeva deyib ki, illər sonra evinə qovuşsa da, bunun sevincini yaşaya bilməyib.

Onun sözlərinə görə, hazırda borc səbəbindən mənzildə elektrik enerjisi yoxdur: “Mən bunu niyə ödəməliyəm?! Başa düşmürəm. Özüm yaşayıb o işığı yandırsam, ödəməyə hazıram”. 

İsa Musayev isə bildirib ki, keçmiş məcburi köçkün 10 min borcla yanaşı, evi də yararsız vəziyyətə qoyub: “Evə baxın, balkonda bir “kamaz” zibil qoyub gedib. İndiyədək onlar yaşadığı üçün işıq da onların adına idi”.

Məlum olub ki, evin müvəqqəti sakini Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə edib. Məhkəmə yolu ilə evdən çıxarılan həmin ailə mənzilin qapılarını da sındırıb.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən mövcud vəziyyətdən xəbərdar olduqlarını bildiriblər: “Onlara dəfələrlə xəbərdarlıq edilib, akt tərtib edilib. Elektrik enerjisinin verilişi də dayandırılıb. Lakin Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə etdiyi üçün 10 min 47 manat borcu yaranıb. Balakişi Allahverdİyev barəsində məhkəməyə müraciət edilib”.

Daha ətraflı videomaterialda:

https://bax.tv/sosial-xeberler/yasamadigi-halda-evine-10-min-manat-isiq-borcu-geldi-219792?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=sosial-xeberler

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Razi Nurullayev: “Sürücülər və turistlər bəzi yollarda azır”

Next

Xamenei tarixinin ən böyük qəfəsində: 36 illik hakimiyyətin ən ağır böhranı başladı

Copyright 2026— Praqraf.com. All rights reserved