Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Deputat: “Heç bir çirkin kampaniya, təxribat bu siyasətə xələl gətirə bilməz”
MANŞETSİYASƏT

Deputat: “Heç bir çirkin kampaniya, təxribat bu siyasətə xələl gətirə bilməz”

20 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

“Fevralın 17-də ICESCO-nun Baş qərargahında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriyada  təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Sənədə əsasən, Azərbaycan Suriyada təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisini və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmirini həyata keçirəcək”. 

Paraqraf.com xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan bütün platformalarda missiyasını böyük uzaqgörənliklə həyata keçirir:

“Azərbaycan ilk gündən Suriyaya qardaş dəstəyini göstərdi, qaz ixracına başladı, infrastrukturun bərpasında iştiraka hazır olduğunu bəyan etdi. Eyni mövqeni Azərbaycan qardaş Türkiyə də zəlzələ baş verərkən də nümayiş etdirdi. Bu qardaş ölkəyə tam dəstəyini ifadə edən ilk ölkələrdən biri oldu. Qəhrəman Maraş şəhərinin yenidən qurulmasında fəal iştirak etdi, burada ayrıca şəhərcik saldı. 

Azərbaycan Fələstin məsələsində də hər zaman öz mövqeyi açıq ifadə edib, nümayəndəlik açıb, məktəb inşa edib. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində qarşısına Qəzzanın bərpası məqsədini qoyan “Sülh Şurası”nın təsisçilərindən biridir. Bütün bunlar, eyni zamanda Azərbaycanın həm Türk dünyasının, həm də Müsəlman dünyasının birlik və həmrəyliyinə növbəti mühüm töhfəsidir”.

Deputat əlavə edib ki, illər öncə Azərbaycan torpağı işğal olunan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan ölkə idi:

“Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan bütün bu təhlükələri dəf etdi. Prezident İlham Əliyev bu siyasəti davam etdirərək torpaqlarımız azad etdi, Azərbaycanı torpağı işğal olunan dövlətdən müstəqil və suveren dövlətə çevirdi. Bu gün isə Azərbaycan dünyada sülhün bərpasını qarşısına məqsəd qoymuş “Sülh Şurası”nın təsisçilərindən biridir.

Dünən Prezident İlham Əliyevin “Sülh Şurası”nın ilk iclasında iştirak bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün bütün dünya Azərbaycanın bu tarixi nailiyyətlərini heyranlıqla izləyir. Bütün bunlara Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində nail olub. Heç bir çirkin kampaniya, təxribat bu siyasətə xələl gətirə bilməz. Bunu hər kəs bilməlidir”. 

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiyanın Qafqazda SON çırpıntıları – “Иван, иди домой!” deməyin ZAMANI

Next

Birgə yaşamağa məcbur olduğumuz eybəcərliklər…

Copyright 2026— Praqraf.com. All rights reserved