Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Bakıda restoranda “power bank” ödənişi – İstehlakçı hüquqları pozulub, restoran cərimələnə bilər

Bakıda restoranda “power bank” ödənişi – İstehlakçı hüquqları pozulub, restoran cərimələnə bilər

admin 20 Fevral 2026 3 minutes read
WhatsApp Image 2026-02-20 at 16.44.23 (1)
PAYLAŞIN:

Bakıda fəaliyyət göstərən “Pxali Xinkali” restoranının filiallarından birində müştəridən power bank istifadə etdiyinə görə əlavə ödəniş alınıb.

Ondan bunun üçün 2 manat ödəniş istənilib.

Müştəri qeyd edir ki, menyuda “power bank” xidmətinin qiyməti göstərilməyib. Ödəniş barədə əvvəlcədən niyə məlumat verilmədiyini soruşduqda isə həmin “power bank”ı hansı ofisiantın gətirdiyinin müəyyən olunmadığı bildirilib.

Azad İstehlakçılar Birliyi (AİB) sədri Eyyub Hüseynov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu istehlakçı hüququnun pozulmasıdır:

AbzasMedia - Eyyub Hüseynov: "Biznesə tam dəstək istehlaçı ...

“Əgər restoran müştəridən belə vasitələrdən istifadəyə görə əlavə ödəniş tələb edəcəksə, bunu menyuda qeyd etməlidir. Bu, qeyd edilmədiyi halda, istehlakçı hüququ pozulduğu üçün 012-599-76-00 telefonu ilə Prezident yanında Antiinhisar və İstehsalat Bazarına Nəzarət Dövlət Agentliyi məlumat verməlidir ki, ödəniş geri qaytarılsın”.

Məsələ ilə bağlı vəkil Lalə Salmanova isə bildirib ki, istehlakçı şəxs tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir:

“Belə ki, istehlakçı və xidmət göstərən şəxs arasında razılaşma həm yazılı, həm də şifahi formada ola bilər. Biz hər hansı bir restorana daxil olduqda bizə menyu – xidmət siyahısı və onun məbləğləri təqdim edilir. Əgər bizə göstərilməyən xidmətə görə pul tələb edilirsə və ya göstərilən xidmətin məbləği sonda gözlənilməz bir rəqəm olarsa, bu özü də istehlakçı hüquqlarının pozulması deməkdir.

Restoranlar tərəfindən servis haqqının menyuda qeyd edilməməsi və ya bizə əvvəlcədən bildirilməməsi zamanı güman edilir ki, servis haqqı ağlabatan bir məbləğdir. Lakin bu məbləğin şişirdilmiş məbləğə çevrilməsi halı da istehlakçı hüquqlarının pozulmasıdır. Bu halda şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya məhkəməyə müraciət edə bilər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 35 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR – Yeni qaydalar qüvvəyə mindi
Next: Qorxulu yuxu görməyin səbəbləri nələrdir? – Mütəxəssis açıqlayır

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.