“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşüb.
Paraqraf.com xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.
Sol cinah müdafiəçisi Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirilən ilk matçda fərqlənib. Elvin Cəfərquliyev 55-ci dəqiqədə rəqibin qapısına yol tapıb.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
