Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 18
  • Azərbaycan və Ukraynanın minatəmizləmə strukturları arasında yeni əməkdaşlıq formatları hazırlanacaq

Azərbaycan və Ukraynanın minatəmizləmə strukturları arasında yeni əməkdaşlıq formatları hazırlanacaq

admin 18 Fevral 2026 2 minutes read
Mbpe5rd7BdoD5jZ9aBGPS1nt3OjRT7XSSWZNWiqL_825
PAYLAŞIN:

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla ötən il Tokioda imzalanmış Əməkdaşlıq Memorandumunun praktiki icrası məsələlərini müzakirə edib.

Paraqraf.com xəbər verir ki, səfir bu barədə sosial şəbəkədə yazıb.

“Davam edən genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi şəraitində Ukrayna üçün mühüm prioritetlərdən biri olan humanitar minatəmizləmə sahəsində ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə etdik”, – o yazıb.

Tərəflər həmçinin partlayıcı əşyaların aşkar edilməsi və zərərsizləşdirilməsi sahəsində müasir texnologiyaların tətbiqinin, mütəxəssislərin hazırlanmasının, təcrübə mübadiləsinin aparılmasının, eləcə də beynəlxalq humanitar təşəbbüslər çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.

Ukrayna tərəfi ardıcıl dəstəyə və həmrəyliyə, o cümlədən artıq bir neçə ildir Ukrayna ərazilərinin partlayıcı əşyalardan təmizlənməsində istifadə olunan “Revival-P” minatəmizləmə maşınının təhvil verilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

“Görüşün sonunda əməkdaşlığın genişləndirilməsi üzrə konkret addımlar, xüsusilə də ekspertlər arasında dialoqun aktivləşdirilməsi, birgə tədris proqramlarının həyata keçirilməsi və iki dövlətin müvafiq strukturları arasında yeni əməkdaşlıq formatlarının hazırlanması barədə razılaşmalar əldə edilib”, – səfir vurğulayıb.

Səfir əlavə edib ki, Kiyev Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı regional təhlükəsizliyin və beynəlxalq sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirir.

Xatırladaq ki, ötən ilin oktyabrında Yaponiyanın Tokio şəhərində keçirilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfrans çərçivəsində ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci günü başlayıb
Next: TÜRKPA ATƏT Nazirlər Şurasının toplantısında iştirak edə bilər

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.