Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 17
  • Türkiyədə LGBT təbliğatı ilə bağlı cəzalar sərtləşdirilir

Türkiyədə LGBT təbliğatı ilə bağlı cəzalar sərtləşdirilir

admin 17 Fevral 2026 2 minutes read
77a277cc-72d2-3d9a-aff9-c5c5d9e5873a_825
PAYLAŞIN:

Türkiyədə LGBT-ni təbliğ və təşviq edən şəxslər 3 ilədək həbs cəzasına (mövcud qanunda 1 il) məhkum ediləcək.

Paraqraf.com-un “Yeni Gazete”yə istinadən verdiyi xəbərə görə, Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən hazırlanan yeni layihə əsasında Mülki və Cinayət məcəllələrində dəyişikliklər edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, eyni cinsdən olan şəxslərin nişan və evlilik mərasimi keçirməsinə görə 4 ilədək həbs cəzası tətbiq ediləcək.

Layihədə cinsiyyət dəyişdirilməsi ilə bağlı sərt qaydalar nəzərdə tutulur. Cinsiyyətini dəyişmək istəyən şəxs məhkəməyə şəxsən müraciət edərək icazə istəməlidir. İcazənin verilməsi üçün müraciət edən şəxsin 25 yaşını tamamlaması və evli olmaması tələb ediləcək. Mövcud qanunvericilikdə bu yaş həddi 18-dir.

Həmçinin, qanunla müəyyən edilmiş şərtlərə zidd olaraq şəxsin cinsiyyətini dəyişdirməyə yönəlik hər hansı tibbi müdaxilə edən şəxs 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə və 1000 gündən 10 min günədək məbləğdə məhkəmə cəriməsi ilə cəzalandırılacaq. Əgər cinsiyyət dəyişdirmə əməliyyatı uşağa qarşı və ya səlahiyyəti olmayan şəxs tərəfindən aparılarsa, göstərilən cəzalar iki dəfə artırılacaq.

Qanuna zidd olaraq cinsiyyət dəyişdirilməsi məqsədilə tibbi müdaxilə etdirən şəxs isə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası alacaq.

Bildirilib ki, dəyişikliklərin təklif edilməsində məqsəd ailə institutunun qorunması, cəmiyyətin ümumi əxlaqına və dəyərlərinə yönəlmiş hücumların qarşısının alınması, eyni zamanda, “cinsiyyətsizləşdirmə” cərəyanları ilə daha effektiv mübarizə aparmaqdır.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rusiya Xarkov, Sumı və Odessa vilayətlərinə hücum edib, 1 ölü, 10-dan çox yaralı var
Next: Rusiyanın hücumu Odessanın enerji sisteminə ciddi ziyan vurub

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.