Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalı barədə sosial mediada və bəzi onlayn platformalarda iddialar yayılıb.
Məlumatlara görə, hadisənin deputatın atası – Fəzail Ağamalı – ilə bağlı yas mərasimi zamanı baş verdiyi bildirilir. İddiada qeyd olunur ki, Günay Ağamalı köməkçisi Pərviz Mirizadəni hörmətsizlik və arxasınca danışmaqda ittiham edərək onunla bağlı sərt addım atıb.
Həmçinin yayılan məlumatlarda Pərviz Mirizadənin partiyadan və köməkçi vəzifəsindən öz istəyi ilə ayrılmaq barədə əvvəlcədən məlumat verdiyi də iddia olunur.
Hazırda məsələ ilə bağlı nə deputatın özü, nə də rəhbərlik etdiyi Ana Vətən Partiyası tərəfindən rəsmi açıqlama verilməyib. Hüquq-mühafizə orqanları tərəfindən də hadisə ilə bağlı hər hansı təsdiqedici məlumat yayılmayıb.
Qeyd edək ki, yayılan məlumatlar iddia xarakterlidir və rəsmi təsdiqini tapmayıb. (hörümçək.az)
![]()
