Biləsuvar rayonunda yaşayış evlərindən birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinən şəxs tutulub.
Paraqraf.com-un məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Tacəddin Mansurov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi müəyyən olunub.
Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
