Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
Paraqraf.com xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bu mərhələdə Hadruta 10 (47 nəfər), Qırmızı Bazara isə 20 ailə (91 nəfər) köçürülüb.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
