Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Niderland “genişmiqyaslı münaqişə”yə hazırlaşır
DÜNYA

Niderland “genişmiqyaslı münaqişə”yə hazırlaşır

13 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Niderland Müdafiə Nazirliyi mümkün “genişmiqyaslı münaqişə”yə hazırlıq məqsədilə hərbi imkanların genişləndirilməsi yolunu tutacaq.

Paraqraf.com-un məlumatına görə, bu barədə ölkə parlamentinə göndərdiyi məktubda Müdafiə Nazirliyinin dövlət katibi vəzifəsini icra edən Qeys Teynman bildirib.

Sənəddə qeyd olunub ki, nazirlik yaxın vaxtlarda Şimal dənizinin akvatoriyasının təhlükəsizliyini təmin etmək üçün radiolokasiya sistemləri, zirehli maşınlar və yaralıların daşınması üçün mobil hospital kimi təchiz olunmuş xüsusi qatarlar alacaq. Bu planların məqsədi silahlı qüvvələri mümkün genişmiqyaslı döyüşlərə hazırlamaq və kritik infrastrukturun müdafiəsini gücləndirməkdir.

Teynman: “Genişmiqyaslı münaqişə həmişə çox sayda yaralı ilə müşayiət olunur”, – deyərək “dəmir yolu hospitalı”nın alınma səbəbini izah edib. Onun sözlərinə görə, hazırda yaralıların daşınması, əsasən, avtomobillər və sanitar aviasiya vasitəsilə həyata keçirilir.

Nazirlik həmçinin Almaniyadan “Leopard 2” tankı bazasında istehsal olunan “Wisent 2” zirehli maşınlarını almağı planlaşdırır. Bu texnika döyüş şəraitində zədələnmiş silah və texnikanın təmiri və evakuasiyası üçün nəzərdə tutulub. Donanma üçün radiolokasiya sistemlərini isə adı açıqlanmayan Niderland istehsalçısı təmin edəcək. Bu sistemlər neft-qaz platformalarının, sualtı boru kəmərlərinin, külək elektrik stansiyalarının və rabitə kabellərinin qorunmasında istifadə olunacaq.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tehranda evdə partlayış olub, üç nəfər yaralanıb

Next

Zelenski müharibəni davam etdirməyə hazır olduğunu açıqlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved