Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Zəhra Quliyeva: “Cəsarətsizlik əslində qorxunun başqa adıdır”
MANŞET

Zəhra Quliyeva: “Cəsarətsizlik əslində qorxunun başqa adıdır”

12 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Cəsarət insan xarakterinin əsas xüsusiyyətlərindən biri hesab olunur. Lakin reallıq göstərir ki, bir çox insanlar məhz cəsarətsizlik səbəbindən istədikləri mövqeyə çata bilmir, arzularını reallaşdırmaqda çətinlik çəkirlər. Bəzən bir addım atmaq, bir söz demək və ya bir hissi etiraf etmək qədər sadə görünən məsələlər belə insanın daxilində ciddi tərəddüd və narahatlıq yaradır. “Bəlkə alınmaz?”, “Bəlkə məni rədd edərlər?”, “İstədiyim vəzifəyə çata bilmərəm?” kimi suallar arzuların gerçəkləşməsinə maneə törədir.

Mövzu ilə bağlı psixoloq Zəhra Quliyeva Paraqraf.com-a bildirib ki, cəsarətsizlik əksər hallarda qorxunun təzahür formasıdır və bunun bir neçə psixoloji səbəbi var:

“İlk növbədə uğursuzluq qorxusu insanı risk etməkdən çəkindirir. Şəxs mümkün nəticələri əvvəlcədən neqativ ssenari üzrə təsəvvür edir və beynin qoruyucu mexanizmi onu təhlükədən uzaq tutmağa çalışır. Bu isə təşəbbüs göstərməyə mane olur.

Digər mühüm amil itirmək qorxusudur. Bəzi hallarda insanlar mövcud vəziyyətdən narazı olsalar belə, onu dəyişmək üçün addım atmırlar. Çünki düşünürlər ki, ‘Heç olmasa bu var, onu da itirməyim’. Bu yanaşma inkişaf imkanlarını məhdudlaşdırır”.

Psixoloq qeyd edib ki, keçmiş travmalar da cəsarətsizliyə təsir göstərir:

“Əvvəllər uğursuz təcrübə yaşamış və ya emosional zərbə almış insan növbəti dəfə risk etməkdən daha çox çəkinir. Bu zaman əvvəlki mənfi təcrübə yeni addımların qarşısını alan psixoloji baryerə çevrilir. Özünə inamsızlıq da əsas səbəblərdən biridir. ‘Mən bacarmaram’ kimi daxili inamın zəif olması cəsarətin formalaşmasına mane olur. Halbuki cəsarət qorxunun olmaması deyil, qorxuya baxmayaraq addım ata bilməkdir”.

Z. Quliyevanın fikrincə, bu vəziyyətdən çıxış yolu kiçik risklərlə başlamaqdır:

“Birdən-birə böyük və radikal qərarlar vermək əvəzinə, mərhələli şəkildə irəliləmək daha effektiv nəticə verir. Eyni zamanda insan öz daxili dialoqunu dəyişməlidir. ‘Mən bacarmaram’ düşüncəsini ‘Çətin ola bilər, amma cəhd edə bilərəm’ yanaşması ilə əvəz etmək psixoloji baxımdan mühüm addımdır. Qorxu insanın düşməni deyil. Onu qəbul edib idarə etməyi öyrənmək cəsarətin formalaşmasında əsas şərtlərdən biridir”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

DİM: “İmtahanın çətin olması ilə bağlı bəzi iştirakçıların səsləndirdiyi mülahizələr həqiqətə uyğun olmur”

Next

Tarixdə bu gün – 12 fevral

Copyright 2026— Praqraf.com. All rights reserved