“Turan Tovuz” klubu komandanın baş məşqçisi Kurban Berdıyevin cəzalandırılması ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət edəcək.
Paraqraf.com xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev bildirib.
O, 73 yaşlı mütəxəssisin 4 oyunluq cəza alması ilə razı olmadıqlarını söyləyib:
“Bu qərardan apellyasiya şikayəti verəcəyik. Etirazımız sırf baş məşqçinin cəzalanlandırılması ilə bağlıdır. Dörd oyunluq cəza ilə razı deyilik”.
Qeyd edək ki, AFFA İntizam Komitəsi ötən gün Kurban Berdıyevə 4 oyunluq cəza verib. Buna mütəxəssisin “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyununda hakimi itələdikdən sonra qırmızı vərəqə alması və ardınca referini təhqir etməsi səbəb göstərilib. K.Berdıyevə görə Tovuz təmsilçisi 10 000 manat cərimələnib.
Paraqraf.com
![]()
