Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Ötən il 1889 nasaz avtomobilin yolda qalması uzunmüddətli tıxaclara səbəb olub
HADİSƏ

Ötən il 1889 nasaz avtomobilin yolda qalması uzunmüddətli tıxaclara səbəb olub

12 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Ötən il 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması paytaxt yollarında uzunmüddətli tıxaclara səbəb olub.

Paraqraf.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən nəqliyyat vasitələrinin yollarda yaratdığı çətinliklərlə tez-tez rastlaşılır:

“İstər yaşayış məntəqələrində, istərsə də avtomagistrallarda məcburi dayanma zamanı digər sürücülərin xəbərdar edilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi daha ağır nəticələrə, bəzən də faciələrə yol açır”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır:

“Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir.

İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı, yaxud yanıb-sönən qırmızı işıqlı portativ fənər avtomobilin üstündə qoyula bilər”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb

Next

Sumqayıtda ev yanıb, bir nəfər ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved