Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/DİM: “İmtahanın çətin olması ilə bağlı bəzi iştirakçıların səsləndirdiyi mülahizələr həqiqətə uyğun olmur”
ELM VƏ TƏHSİLÖZƏLUncategorized

DİM: “İmtahanın çətin olması ilə bağlı bəzi iştirakçıların səsləndirdiyi mülahizələr həqiqətə uyğun olmur”

12 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad olunan metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır”.

Bu fikirləri “Paraqraf.com”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, tapşırıqların mürəkkəblik dərəcəsi hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik abituriyentləri bir-birindən fərqləndirmək məqsədi daşıyır. Bu səbəbdən bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir:

“Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyentləri deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur.

Ümumiyyətlə, imtahanın asan və ya çətin olması nisbi məsələdir. Bu, imtahan iştirakçısının hazırlıq səviyyəsindən asılı olaraq dəyişir. Hər hansı bir tapşırıq kimə görə çətin, kimə görə isə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçıların səsləndirdiyi mülahizələr həqiqətə uyğun olmur”.

Xanlar Xanlarzadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları ictimaiyyətə təqdim edir:

“İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər və ekspertlər bütün test tapşırıqlarının izahını əldə edə bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanın məzmununun ictimaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir”.


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çin və Macarıstanın XİN rəhbərləri iqtisadi layihələri və Ukraynanı müzakirə ediblər

Next

Zəhra Quliyeva: “Cəsarətsizlik əslində qorxunun başqa adıdır”

Copyright 2026— Praqraf.com. All rights reserved