Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 11
  • Ər-Riyaddakı sərgidə müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Ər-Riyaddakı sərgidə müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

admin 11 Fevral 2026 2 minutes read
8ru4U9TlcJSzbrDemoV8ISTV9z2NmeIWBnuzIzoU_825
PAYLAŞIN:

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” sərgisi davam edir.

Paraqraf.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə iştirak edən müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 10-da Səudiyyə Ərəbistanı Hərbi Sənaye Baş İdarəsinin sədri Əhməd bin Əbdüləziz əl-Ohali və müdafiə nazirinin icra işləri üzrə müavini Xalid bin Hüseyn Əl-Biyari, Özbəkistan Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev, Pakistan Müdafiə İstehsalatı Nazirliyinin katibi Məhəmməd Çıraq Hayder, həmçinin ABŞ-nin “General Dynamics”, “Teledyne-FLIR” və “Ansys” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və inkişaf perspektivləri müzakirə edilib.

Danışıqlar zamanı müasir dövrdə müdafiə sənayesinin təkcə istehsal gücü ilə deyil, eyni zamanda elmi əsaslar, innovativ texnologiyalar və çevik idarəetmə modelləri üzərində formalaşdığı vurğulanıb, sənaye ilə elm arasında əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Texnoloji yeniliklərin izlənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və uyğunlaşdırılması bu sahənin dinamik inkişafı üçün vacib istiqamətlər kimi dəyərləndirilib. Eyni zamanda, beynəlxalq sərgilərin və forumların bu prosesdə mühüm rol oynadığı bildirilib.

Müzakirələr zamanı təcrübə mübadiləsinin institusional əsaslar üzərində qurulmasının əhəmiyyətinə toxunulub.

Tərəflər qarşılıqlı ünsiyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-də başa çatacaq.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər
Next: Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.