Ötən gün axşam saatlarından başlayan güclü qar səbəbindən Cəlilabad və Biləsuvar rayonlarında 19 kənddə işıq kəsilib.
Paraqraf.com-un məlumatına görə, çovğunla müşahidə olunan yağıntı nəticəsində Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində hərəkət məhdudlaşıb.
Rayonun dağlıq ərazisində yerləşən 19 kənddə elektrik enerjisinin verilişində problemlər yaranıb.
Biləsuvar rayonunda da güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, bəzi ərazilərdə elektrik enerjisində fasilələr qeydə alınıb, həmçinin, rabitə xətləri qırılıb.
Hazırda bölgədə qarlı və şaxtalı hava şəraiti davam edir. Qarın hündürlüyü 20 santimetri ötüb.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
