Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 10
  • WSJ: Tramp Obamanın dövründə istixana qazları ilə bağlı qəbul edilmiş normaları ləğv etmək istəyir

WSJ: Tramp Obamanın dövründə istixana qazları ilə bağlı qəbul edilmiş normaları ləğv etmək istəyir

admin 10 Fevral 2026 2 minutes read
rqpLHcqxXlZnyaPKnukse5x4oosQAYecINSoJq1k_825
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Trampın administrasiyası keçmiş amerikalı lider Barak Obama dövründə istixana qazlarının əhalinin sağlamlığına və rifahına zərəri barədə aparılmış elmi araşdırmanın nəticələrinə yenidən baxacaq.

Paraqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinin 2009-cu ildə qəbul etdiyi və altı növ istixana qazının əhali üçün əsas təhlükə olduğunu iddia edən rəyindən gedir. Bu iddia agentliyin əksər iqlim qaydaları üçün hüquqi əsas olub. Həmin qaydalar “Təmiz hava haqqında” Qanuna uyğun olaraq elektrik stansiyalarından atılan tullantıların icazə verilən səviyyəsini məhdudlaşdırır və nəqliyyat vasitələri üçün yanacaq qənaəti standartlarını sərtləşdirirdi.

Qəzet yazıb ki, Tramp administrasiyası bu həftə nəqliyyat vasitələri üçün federal istixana qazı emissiyası standartlarının ölçülməsi, hesabatlılığı, sertifikatlaşdırılması və onlara riayət edilməsi ilə bağlı normativ tələblərin ləğv olunması barədə fərman dərc etməyi, həmçinin bütöv sahələr üçün müvafiq proqramlara, kredit müddəalarına və öhdəliklərə yenidən baxmağı planlaşdırır.

WSJ-nin mənbələrinin bildirdiyinə görə, yeni qaydalar elektrik stansiyaları, neft-qaz obyektləri və digər stasionar mənbələrdən atılan tullantıların tənzimlənməsinə toxunmayacaq. Bununla belə, qeyd olunur ki, gözlənilən dəyişikliklər gələcəkdə bu müəssisələrə də təsir edə bilər.

2015-ci ildə bağlanmış sazişin şərtlərinə görə, onun 190-dan çox iştirakçısı qarşıdakı onilliklərdə karbon qazı emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürmüşdülər. Məqsəd dünya iqtisadiyyatının sənayeöncəsi mərhələsi ilə müqayisədə orta illik temperatur artımını 1,5–2 Selsi dərəcə səviyyəsində saxlamaq idi.

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tokayev: Qazaxıstan superprezident idarəetmə forması ilə birdəfəlik vidalaşır
Next: ABŞ Sakit okeanda narkotacirlərin gəmisinə zərbə endirib

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.