ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.
Paraqraf.com xəbər verir ki, bunu ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon ölkəsinin 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edərkən deyib.
“Bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir”, – məlumatda qeyd olunub.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
