Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 9
  • Tanış olduğu qızı “qorumaq” üçün nişanlı görüntüsünü yaratdı: Sonra özü şantaj etdi

Tanış olduğu qızı “qorumaq” üçün nişanlı görüntüsünü yaratdı: Sonra özü şantaj etdi

admin 09 Fevral 2026 4 minutes read
177062833613830359126989a4f00456c
PAYLAŞIN:

Hədə-qorxu ilə tələbetmədə təqsirləndirilən T.Məmmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Paraqraf.com Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən son iclasda qərar elan olunub.

Qərara əsasən, müttəhimin müraciəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayəti əsasında qismən dəyişdirilib. Onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin (CM) 182.2.2-ci maddəsi ilə təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilib.

T.Məmmədli dərhal həbsdən buraxılıb.

İttihama görə, T.Məmmədli zərərçəkmiş S.S-ni barəsində rüsvayedici məlumatların yayılması ilə hədələyərək, onun əmlakını hədə-qorxu yolu ilə təkrarən tələb etməkdə təqsirli bilinib.

İş materiallarında qeyd edilir ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 2025-ci ilin yanvar ayının sonlarında tanış olduğu zərərçəkmiş şəxsə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib. Həmin qızı sosial şəbəkələrdə özünü T.T kimi təqdim edən şəxs narahat edib. S.S. də bu barədə T.Məmmədliyə bildirib. Təqsirləndirilən şəxs isə zərərçəkmişi “qorumaq” adı altında onunla nişanlı olmaları görüntüsünü yaratmağı təklif edib. Bu ad altında qızla birlikdə səmimi fotoşəkil çəkdirərək, telefonunda saxlayıb.

Daha sonra – 10 fevral 2025-ci il tarixdə T.Məmmədli özü həmin fotogörüntünü internet üzərindən yayıb ictimailəşdirəcəyi, eləcə də zərərçəkmiş şəxsin ailə üzvlərinə göstərəcəyi ilə hədələyərək onu rüsvay edəcəyi barədə hədə-qorxu gəlib. Bunu etməməsinin qarşılığında S.S.-dən 1000 manat pul tələb edib.

11 fevral 2025-ci il tarixdə saat 15:44-də zərərçəkmiş şəxs ödəmə terminalı vasitəsilə 300 manat məbləğində pul vəsaitini onun bank kartına köçürüb.

Bununla kifayətlənməyən T.Məmmədli eyni niyyətlə təkrarən hədə-qorxu ilə tələb etmə cinayətini törədib. Belə ki, 7 aprel 2025-ci il tarixdə “WhatsApp” vasitəsilə S.S. ilə əlaqə saxlayaraq eyni təhdidlə zərərçəkmiş şəxsdən 500 manat pulu bank kartına köçürülməklə alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədli barəsində şərti cəza təyin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının verdiyi protest əsasında T.Məmmədli barəsində CM-in 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiqinə dair göstərişlər hökmdən çıxarılıb və ona 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Kassasiya instansiyası yenidən ona şərti cəza təyin edib.

T.Məmmədli həbs edilən zaman Bakıdakı universitetlərin birində birinci kursda əyani şöbədə təhsil alırmış.

 

Paraqraf.com

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İranın müdafiə naziri Bakıda ABŞ və İsrail yetkililəri ilə görüşüb?
Next: Arvadını məktəbdə döyən kişi həbs edildi

OXŞAR MÖVZULAR

w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

admin 07 Mart 2026
df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

admin 07 Mart 2026
0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.