Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 9
  • Rusiya Ukrayna regionlarına zərbələr endirib, ölən və yaralananlar var

Rusiya Ukrayna regionlarına zərbələr endirib, ölən və yaralananlar var

admin 09 Fevral 2026 2 minutes read
tR5VsRcFntOwcNbn5JrbG6ZtxcHuhK3oI7VccinL_825
PAYLAŞIN:

Rusiyanın Ukraynanın bir sıra regionlarına endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb.

Paraqraf.com bu barədə Ukrayna KİV-inə istinadən xəbər verir.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında bildirib ki, Sinelnikovo rayonunun Şaxtyor kəndinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində 9 nəfər yaralanıb: “Bütün yaralılar xəstəxanaya çatdırılıb”.

O həmçinin qeyd edib ki, zərbə nəticəsində üçmərtəbəli yaşayış binası yanıb, dam örtüyü zədələnib, başqa bir çoxmənzilli binanın pəncərələri sınıb.

Bundan başqa, Vasilkov icmasına PUA hücumu nəticəsində 3 fərdi evə ziyan dəyib.

Eyniz zamanda, Nikopol, Marqanets və Çervonoqriqorovka icmaları atəşə məruz qalıb, dinc əhali arasında zərərçəkən yoxdur.

Ukraynanın Milli Polisinin məlumatına görə, son sutka ərzində Rusiya Sumı vilayətinin 26 yaşayış məntəqəsini atəşə tutub: “Şostkada idman kompleksinin ərazisinə təkrar PUA zərbəsi nəticəsində 3 polis əməkdaşı yaralanıb. Bundan əlavə, atəş nəticəsində 25 yaşlı qadın yaralanıb. Sumı şəhər ərazi icmasında dronun mülki avtomobilin üzərinə düşməsi nəticəsində iki nəfər yaralanıb”.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, Rusiya qoşunları Xarkov vilayətinin Boquduxov şəhərinin özəl sektoruna zərbə pilotsuz təyyarələri ilə hücum edib: “Zərbələrdən biri tamamilə dağılmış yaşayış evinə düşüb. Baş verən yanğın söndürülüb. Dağıntılar altından 2 nəfərin meyiti çıxarılıb, 3 nəfər xəsarət alıb”.

Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak öz növbəsində bildirib ki, Odessanın gecə saatlarında atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Paraqraf.com 

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Vens bu axşam İrəvanda Paşinyanla görüşəcək
Next: Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.