Kanadanın Baş naziri Mark Karninin Pekinə rəsmi səfərindən sonra Çin Ali Məhkəməsi narkotik ittihamı ilə həbs edilən kanadalı kişinin ölüm hökmünü ləğv edib.
Paraqraf.com-un məlumatına görə, məhkum edilmiş şəxsin vəkili bunu “Reuters” agentliyinə bildirib.
Qeyd olunub ki, bu, Ottava ilə Pekin arasında illərdir diplomatik münasibətləri gərginləşdirən işdə irəliləyişdir.
Xatırladaq ki, Robert Şellenberq 2014-cü ildə Çində narkotik qaçaqmalçılığında şübhəli bilinərək həbs olunub və 2018-ci ildə məhkum edilib. O, əvvəlcə 15 il həbs cəzası alıb. Lakin “Huawei” şirkətinin rəhbəri Menq Vançjounun ABŞ orderi ilə Vankuverdə həbs olunmasından bir ay sonra, 2019-cu ilin yanvar ayında yenidən məhkəmədə edam cəzasına məhkum edilib.
Paraqraf.com
![]()
