Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi ikinci yoxlama oyununu keçirib.
Paraqraf.com AFFA-ya istinadən xəbər verir ki, komanda Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
