Azərbaycan təsviri incəsənət tarixinin görkəmli nümayəndəsi və realist rəssamlıq məktəbinin banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyini Azərbaycan xalqı ilə birlikdə qeyd etməkdən qürur duyuruq.
Bu əlamətdar hadisə çərçivəsində onun möhtəşəm irsinin qorunması və təbliği məqsədilə “Mirzə Qədim İrəvani: Parlaq Rənglərin İşığında” adlı kitab nəşr olunub. Kitabda rəssamın həm ornamental, həm də portret sənəti sahəsindəki əsərləri və bədii irsi əhatəli şəkildə təqdim edilir. Həmçinin, Mirzə Qədim İrəvaninin həyatına və yaradıcılıq yoluna dair dəyərli tarixi məlumatlar da kitabda yer alıb.
Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlıdır.







![]()
Visited 132 times, 1 visit(s) today
