Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 6
  • İngiltərədə Azərbaycanın rəqəmsal iqtisadiyyat təcrübəsinə dair təqdimat keçirilib

İngiltərədə Azərbaycanın rəqəmsal iqtisadiyyat təcrübəsinə dair təqdimat keçirilib

admin 06 Fevral 2026 7 minutes read
kuFdp7bZsMy4BZZ0Ab5OLeuEdqBoJiFxlmWSWoXc_825
PAYLAŞIN:

Azərbaycanlı iqtisadçı alim Firdovsi Fikrətzadə İngiltərənin Nottingham Universitetindən “qonaq tədqiqatçı” qismində aldığı dəvət əsasında ötən ilin dekabr ayından bu Universitetdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı tədqiqat aparır. Özünün sosial şəbəkə hesabında verdiyi məlumata görə, alim fevralın 5-də tədqiqatın ilkin nəticələri əsasında uğurlu təqdimat keçirib.

Paraqraf.com xəbər verir ki, F. Fikrətzadə bildirir ki, dünya universitetləri reytinqində ilk yüzlükdə, İngiltərədə isə 20 ən güclü universitetlər sırasında olan Nottingham Universitetinin tədqiqat mərkəzlərindən birində (Global Centre for Banking and Financial Innovation, GCBFI) Universitetin alimləri ilə birgə aparılan tədqiqatın mövzusu Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, bu kontekstdə də kənd təsərrüfatı maliyyəsi sisteminə fintexlərin tətbiqi məsələləri ilə bağlıdır və konkret olaraq “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı: siyasət təşəbbüsləri, nailiyyətlər və kənd təsərrüfatı maliyyəsi üzrə çağırışlar” adlanır.

Təqdimatın birinci hissəsində Azərbaycanla bağlı qısa məlumat verildikdən sonra ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı və elektron hökumətlə bağlı siyasət və strategiya çərçivələrinin, yəni bu istiqamətdə qəbul edilən siyasət sənədlərinin qısa icmalı verilib, daha sonra bu siyasətin nəticələrini xarakterizə edən nailiyyətlər makro səviyyədə 3 istiqamətdə qruplaşdırılıb.

Birinci istiqamət üzrə ölkədə rəqəmsal həllərin geniş tətbiqinə əsaslanan elektron hökumət infrastrukturunun inkişafı, ASAN xidmət təcrübəsi, 945 dövlət xidmətinin elektronlaşdırılması, xidmətlərin çevikliyi, şəffaflığı və vətəndaş məmnunluğu və s. barədə nəticələr təqdim edilib.

İkinci istiqamət üzrə ölkədə İKT infrastrukturunun inkişafı əsas indikatorlar sadalanıb – ev təsərrüfatlarının 90 %-dən çoxunun internetə çıxışı, təqribən 80 %-də kompüterin, 95 %-də mobil telefonun olması və s. dünya göstəriciləri ilə müqayisədə kifayət qədər məqbul sayılan məlumatlar kimi xarakterizə olunub.

Üçüncü istiqamət üzrə rəqəmsal ödənişlərlə bağlı infrastrukturun inkişafı hesabına 2018-2025-ci illər ərzində bank hesablarının sayında, bank kartlarının sayında, bank kartları ilə aparılan əməliyyatların sayında və həcmində, elektron bank əməliyyatlarının və nağdsız ödənişlərin sayında və həcmində olan dəfələrlə artım göstəriciləri nümayiş etdirilib.

F. Fikrətzadə bildirir ki, Universitetdə aparılan tədqiqat çərçivəsində əsas fokus kənd təsərrüfatının maliyyəsi sistemində müasir maliyyə alətlərinin (fintexlərin) tətbiqinə yönəlib. Bununla bağlı təqdimatda üç əsas nailiyyət və bir mühüm çağırış vurğulanıb.

Əsas nailiyyətlər kimi qeyd olunub ki, hazırda I) aqrar sahə üzrə subsidiya siyasəti bütövlükdə e-agro (EKTİS) üzərindən həyata keçirilir; II) fermerlərə subsidiya ödənişləri bütünlüklə bank (fermer) kartları vasitəsilə edilir; III) fermerlər subsidiyanın yalnız 25 %-ni nağdlaşdıra bilərlər, qalan 75 % vəsait elektron ticarət platforması vasitəsilə, yəni nağdsız qaydada gübrə, pestisid, toxum və s. alışına sərf oluna bilər.

Bununla belə, hazırda kənd təsərrüfatı sahəsinin bütövlükdə vergidən azad olması kimi bir unikal müsbət təcrübə, bu sahəyə göstərilən mühüm dövlət dəstəyi, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ticarəti üzrə şəffaf qeydiyyatın və uçotun təmin olunması, o cümlədən də vergi inzibatçılığı baxımından problem yaradır. Məlum olduğu kimi, fermerlər vergilərdən azad olduqları üçün onların heç bir vergi bəyannaməsi və ya satış sənədləşməsi öhdəliyi də yoxdur. Bununla da I) tədarükçülər kənd təsərrüfatı məhsullarının alışı ilə bağlı xərcləri rəsmiləşdirməkdə çətinlik çəkirlər; II) vergi inzibatçılığının tətbiqində, o cümlədən bu inzibatçılığın son məqsədi olan vergi yığımlarında çətinlik yaranır; III) həmçinin fermerlərin kredit reytinqi baxımından mühüm məsələ olan maliyyə tarixçəsi yaranmır.

F. Fikrətzadə qeyd edir ki, tədqiqat mövzusu da məhz bu problemə, yəni vergi azadolmaları şəraitində kənd təsərrüfatı məhsullarının satışında uçotun-qeydiyyatın yaradılması mexanizminin tətbiqinə yönəlib. O bununla bağlı bildirir ki, hazırda bütövlükdə kənd təsərrüfatı maliyyəsi sisteminin inkişafı, xüsusilə də fermerlərin və kənd yerlərinin maliyyəyə çıxışının yaxşılaşdırılması baxımından fintexlərin mühüm rolu tədqiqatçılar tərəfindən vurğulanır. Həmçinin bununla bağlı həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə maraqlı mexanizmlər və platformalar mövcuddur. Tədqiqat çərçivəsində xüsusilə Hindistan, İndoneziya, Böyük Britaniya, Keniya, Nigeriya, ABŞ və Türkiyə təcrübələri geniş araşdırılır.

Qısa olaraq araşdırma onu göstərir ki, Azərbaycanda da kənd təsərrüfatı məhsulları üzrə ticarətin fintex platforması tətbiq edilməklə aparılması hər cəhətdən əlverişli ola bilər. İlk növbədə, kənd təsərrüfatı məhsullarını tədarük edən bütün biznes subyektlərinin məhsul alışı xərcləri avtomatik rəsmiləşmiş olar. Həmçinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi də şəffaflaşmış olar.

Yəni, fermerlərin vergidən azad olunmasının vergi inzibatçılığında problemlər yaratması bu güzəşt davam etməklə fintexlərin tətbiqi hesabına aradan qaldırılmış olar.

Ən əsas məsələlərdən biri də budur ki, fermerlərin satışlarına görə elektron maliyyə tarixçəsi yaranar ki, bu da onların kredit alma imkanlarını artırar.

Tədqiqat başa çatdıqdan sonra əsas, yəni praktiki nəticələr ilə bağlı aidiyyəti dövlət orqanlarına ətraflı təqdimat ediləcək.

Qeyd edək ki, tədbirdə F. Fikrətzadə ilə bərabər Universitetin alimləri də mövzunun konseptual çərçivələri, tədqiqat metodologiyasının təkmilləşdirilməsi, bu tədqiqat mövzusunun Azərbaycan təcrübəsi əsasında daha geniş formada və digər ölkələri də əhatə etməklə aparılması məqsədilə Universitetin müvafiq tədqiqat mərkəzinin fəaliyyət planına daxil edilməsi ilə bağlı təqdimatlar ediblər.

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qazaxıstanda cinayətkar dəstənin 20 üzvü saxlanılıb
Next: Ombudsman “İdrak” liseyində baş verən insidentlə bağlı açıqlama yayıb

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.