Bakıda liseydə şagird müəllimini güllələyib.
Paraqraf.com xəbər verir ki, hadisə fevralın 6-da saat 09 radələrində, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Hadisə tənəffüs zamanı baş verib. Bildirilib ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.
Qeyd olunub ki, hazırda dərslər təxirə salınıb, valideynlər uşaqlarını məktəbdən götürürlər.
Məlumata əsasən, güllə atan şagirdin atası Şirinov Samir əvvələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib, hazırda işsizdir.
Məlumata görə, 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Binəqədi Rayon prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Paraqraf.com
![]()
