Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 5
  • Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” adlı sərgi açılıb

Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” adlı sərgi açılıb

admin 05 Fevral 2026 6 minutes read
cKrMlj4ukhkgSKzHHYorlVATIYUGBfi39t8einwZ_825
PAYLAŞIN:

Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar – britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (“Gillie&Marc Schattner”) “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) adlı sərginin açılışı olub.

Paraqraf.com xəbər verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm bir platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı problemləri bir daha gündəliyə gətirməklə yanaşı, tamaşaçıya cəsarət və ümid dolu baxış bucağı təqdim edir.

Sərginin açılışından əvvəl heykəltaraş Cili Şatner jurnalistlərə bildirib ki, sərgidə əsas missiya sənət vasitəsilə vəhşi təbiətin qorunması və sevgi mesajlarını yaymaqdır.

“Məqsədimiz dünyanın müxtəlif ölkələrinə səyahətlərimiz zamanı əldə etdiyimiz təcrübələr əsasında tamaşaçıları nəsli kəsilmək təhlükəsi altında olan heyvanları qorumağa təşviq etməkdir. Biz heyvanları öyrənir, müşahidə edir, çəkir və təsvir edirik. Sərgidə nümayiş olunan bütün heykəllər real həyatda gördüyümüz heyvanlara əsaslanır”, – deyə Cili Şatner vurğulayıb.

Heykəltaraş Mark Şatner isə Bakıda və ümumilikdə Azərbaycanda təbiətin qorunmasına xüsusi əhəmiyyət verildiyini deyib: “Söhbətlərimiz zamanı Bakının və bütövlükdə Azərbaycanın vəhşi təbiətin mühafizəsi, eləcə də ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi dəyərli təşəbbüslər barədə ətraflı məlumat aldıq. Məhz bu amil bizi ölkəyə cəlb edən əsas səbəblərdən biridir. Çünki burada təbiətlə dərin və səmimi bir bağlılıq mövcuddur”, – deyə o qeyd edib.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəzdə Cili və Mark Şatnerin 100-ə yaxın əsəri sərgilənir. Onun sözlərinə görə, heykəltaraşların əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib.

Anar Ələkbərov vurğulayıb ki, layihənin unikallığı məhz heykəltaraşların təbiətin qorunması istiqamətində gördükləri mühüm işlərdə öz əksini tapır və onların bu sahədə böyük rolu var.

O bildirib ki, “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi bir ildən artıq müddət ərzində fəaliyyət göstərəcək.

Anar Ələkbərov, həmçinin layihənin Heydər Əliyev Mərkəzində keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya layihənin reallaşmasına göstərdiyi böyük dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

Heykəltaraş Cili Şatner çıxışında deyib ki, bu sərgi onlar üçün adi bir layihə deyil, təbiətə olan sevgilərinin ümumi bir təntənəsidir.

“Bu sərgi ilə biz qəlblərimizi, hekayələrimizi və danışa bilməyən heyvanların səsini insanlara çatdırmaq istəyirik. Biz hər zaman inanmışıq ki, incəsənət qəlbləri birləşdirən ən güclü vasitədir”.

O, həmçinin bildirib ki, onların monumental heykəlləri indiyədək Nyu-York, London, Sinqapur, Sidney, Şanxay da daxil olmaqla dünyanın 250-dən çox şəhərində nümayiş etdirilib.

Tədbirdə çıxış edən heykəltaraş Mark Şatner bildirib ki, Azərbaycana ilk dəfə səfər edirlər və Heydər Əliyev Mərkəzində belə möhtəşəm bir məkanda sərgilərinin açılması onlar üçün böyük sevincdir. Heykəltaraş ərsəyə gətirdikləri əsərlər barədə danışıb: “Əsərlərimiz elə qurulub ki, tamaşaçı onların üzərində otura, ətrafında gəzə və hətta toxuna bilərlər. Bu isə işimizin mahiyyəti baxımından əsərlərlə həm emosional, həm də fiziki təmas qurmağa imkan yaradır”.

Heykəltaraşlar Cili və Mark Şatner, həmçinin vurğulayıblar ki, indiyə qədər ərsəyə gətirdikləri əsərlər bir məhəbbət hekayəsindən başlayıb. Belə ki, Cili və Mark Şatner cütlüyü təsadüfi görüş nəticəsində 1990-cı ildə Honkonqda bir filmin çəkiliş meydançasında tanış olublar. O dövrdə model olan Cili və kreativ direktor kimi çalışan Mark yeddi gün sonra ailə həyatı qurublar. “The New York Times” qəzeti onları “Nyu-York tarixində ən uğurlu və ən çox əsər yaradan ictimai sənət müəllifləri” adlandırır.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

“Vəhşi təbiətin super qəhrəmanları”nda nəsli kəsilməkdə olan canlıların gələcək taleyi mövzusu aktuallaşdırılır. Ekspozisiya təbiəti qorumaq missiyasını üzərinə götürən, bir-birindən fərqli, lakin ayrılmaz iki qəhrəman – “Dovşan xanım” (“Rabbit woman”) və “İt adam”ın (“Dog man”) macəralarını əks etdirir. Bu iki qəhrəman özlərində “fərqliyik, amma bir-birimizlə harmoniya yaradaraq yaşayıb, təbiətin qayğısına qala bilərik” ideyasını canlandırır.

Sərgidəki rəngkarlıq əsərləri, kiçik və iriölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə səsləyir. Bununla da incəsənət vasitəsilə dünyaya vacib çağırış edilir: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.

Bakı sərgisi təkcə canlı aləmin mühafizəsi haqqında deyil, həm də şəfqət, cəsarət və birlik haqqında hekayədir.

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Mərkəzi Asiya və Fars körfəzi arasında əlaqələndirici həlqə olmaq niyyətindədir
Next: Adil Kərimli: Mədəniyyət sahəsində çoxşaxəli sistemli fəaliyyət həyata keçirilir

OXŞAR MÖVZULAR

036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026
6YaUbFzLgGoZ778K1YGmXA7XSpP866Dj4M7yhypk_1200

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

admin 02 Mart 2026
WhatsApp Image 2026-02-27 at 11.22.02

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

admin 27 Fevral 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.