Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 4
  • Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib – FOTOLAR

Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib – FOTOLAR

admin 04 Fevral 2026 6 minutes read
01_04-02-2026_09-42-45
PAYLAŞIN:

03 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib.

İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq 20 dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib. O bildirib ki, qəbul edilən qərarlar İcmanın fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsinə və qarşıdakı mərhələdə işlərin daha sistemli qurulmasına xidmət edir.

İclasda İdarə Heyətinin və Şuraların tərkibində aparılan dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, bir şəxsin eyni zamanda iki idarəedici qurumda təmsil olunmaması prinsipi əsas götürülərək müəyyən yenilənmələr aparılıb və nəticədə İdarə Heyətinin tərkibində ümumilikdə 8 dəyişiklik edilib.

İdarə Heyətinin yeni üzvləri: Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev; Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dosent Asiman Həsənov; Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev; Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov; Prezident Kitabxanasının müdiri, professor Afət Abbasova; Qərbi Azərbaycanın Barana rayon icmasının sədri Osman Hacıyev iclas iştirakçılarına təqdim olunub.

Daha sonra Qərbi Azərbaycan İcması Şuralarının tərkibi təsdiqlənib. Bildirilib ki, Ziyalılar Şurasında 144, Ağsaqqallar Şurasında 97, Qadınlar Şurasında 126, Gənclər Şurasında isə 141 nəfər üzv təmsil olunur. Şuraların formalaşdırılmasında regional balans və təmsilçilik əsas meyar kimi götürülüb.

Gündəliyin növbəti məsələsi kimi Qərbi Azərbaycan İcmasının 2026-cı il üçün Tədbirlər Planı müzakirəyə çıxarılıb. Qeyd olunub ki, plan ilkin variantdır və İdarə Heyətinin üzvlərinin təklifləri nəzərə alınmaqla təkmilləşdiriləcək. Plan çərçivəsində rayon icmaları ilə işin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, elmi-tədqiqat və nəşr fəaliyyətinin artırılması, arxiv materiallarının toplanması və beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətlərinin təbliği əsas prioritetlər kimi müəyyənləşdirilib.

İclasda çıxış edən İcmanın Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov rayon icmalarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, rayon icmalarında mütəmadi görüşlərin keçirilməsini təklif edib.

Tədqiqatçı-alim, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli Qərbi Azərbaycanla bağlı tarixi sənədlərin üzə çıxarılması baxımından arxivlərlə işin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev İcmanın 2025-ci il fəaliyyətini yüksək qiymətləndirərək Qərbi Azərbaycan həqiqətləri sırasında Qərbi Azərbaycan kökənli şəxsiyyətlərin öyrənilməsini, təbliğini də vacib amil kimi xüsusi qeyd edib.

Prezident Kitabxanasının direktoru Afət Abbasova yaşlı qərbi azərbaycanlıların xatirələrinin toplanaraq arxivləşdirilməsini və bu materialların xarici dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsini təklif edib.

İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında Təhsil Nazirliyi ilə birgə məktəblərdə keçirilən maarifləndirici tədbirlərdən bəhs edərək, bu işlərin qarşıdakı dövrdə daha da genişləndiriləcəyini bildirib. Və sözü 2025-ci ildə bu sahədə uğurlu layihələrə imza atan Keşkənd rayon İcmasının sədri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya verib. Mahirə xanım maarifləndirmə işinin, xüsusilə rayonlarda yaşayan qərbi azərbaycanlılarla görüşlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, orta məktəblərdə Qərbi Azərbaycanla bağlı maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.

İclasda Milli Məclisin deputatları İlham Məmmədov, Aydın Mirzəzadə, Elşad Musayev, AMEA Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov, tanınmış ictimai xadim Rauf Zeyni və digərləri çıxış edərək müzakirə olunan məsələlər barədə öz rəy və təkliflərini bildiriblər.

İclasın sonunda gündəlikdə duran bütün məsələlər üzrə qərarlar qəbul olunub.

.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>

Loading

Visited 25 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: m10-da texniki problemlər aradan qaldırıldı
Next: Ukrayna Azərbaycanın energetika sahəsində dəstəyini yüksək qiymətləndirib

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.