Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 3
  • Elmar Məmmədyarovun adı “Epşteyn” sənədlərində hallanıb

Elmar Məmmədyarovun adı “Epşteyn” sənədlərində hallanıb

admin 03 Fevral 2026 5 minutes read
177011097518182972936981bfff46fc8 (1)
PAYLAŞIN:

ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb.

Paraqraf.com Sfera.az-a istinadən xəbər verir ki, DOJ tərəfindən yaradılan “Epstein Library” platformasında ümumilikdə 3 milyon səhifə sənəd, 180 min foto və 2 min video material yerləşdirilib. Bu sənədlər Epşteynin uzun illər ərzində formalaşdırdığı beynəlxalq əlaqə şəbəkəsini, şəxsi yazışmalarını, səfər planlarını, şahid ifadələrini və istintaq materiallarını əhatə edir.

Yeni açıqlanan sənədlər dünya mediasında geniş rezonans doğurduğu kimi, Azərbaycanla bağlı qeydlərin də üzə çıxması diqqət çəkib. Açıqlanan materiallar arasında Epşteynin müxtəlif illərdə yazdığı elektron məktublar xüsusi yer tutur. Bu məktubların bir qismində Azərbaycanın və Bakının adı birbaşa çəkilir. Sənədlərə əsasən, Epşteynin “Sultan bin Sulayem” adlı şəxslə 2011-ci və 2015-ci illərə aid yazışmaları mövcuddur.

2011-ci il: Bakı səfəri müzakirəsi

2011-ci ilin 30 avqust tarixli e-maildə Epşteyn qarşı tərəfə belə yazır: “Azərbaycanlı dostun Parisə gəlir, yoxsa bu həftəsonu biz Bakıya gedək?” Həmin yazışmada Epşteyn Bakıya birbaşa uçuşun olub-olmadığını da soruşur. Məktubda konkret səfər tarixi göstərilməsə də, Bakıya getmək ehtimalının müzakirə edildiyi aydın görünür. Lakin sənədlərdə Epşteynin 2011-ci ildə Bakıya səfər etdiyini təsdiqləyən uçuş qeydi və ya başqa rəsmi məlumat yer almır.

2015-ci il yazışmaları: “Bakı Parisdən də gözəldir”

2015-ci ilə aid başqa bir yazışmada isə Sultan bin Sulayem sentyabr ayında Bakıda olduğunu bildirir. O, Bakının fotolarını Epşteynə göndərərək şəhəri yüksək qiymətləndirir:

“Amma sənə deyim ki, Bakı çox gözəldir. Parisdən daha gözəl bir şəhərdir, inan mənə”. Həmin məktubda Epşteynin Bakıya gələcəyi təqdirdə ona qoşula biləcəyi də qeyd olunur.  Epşteyn bu məktuba cavab olaraq belə yazır: “Oktyabrın 29-u Dubaya gələ bilərəm və ordan gedə bilərik?”

Bu yazışmalar Bakının Epşteynin beynəlxalq əlaqələr şəbəkəsində potensial səfər məkanı kimi nəzərdən keçirildiyini göstərsə də, onun faktiki olaraq Azərbaycana səfər edib-etmədiyi sənədlərlə təsdiqlənmir.

Sultan bin Sulayem kimdir?

Açıqlanan sənədlərlə paralel olaraq ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar tərəfindən yayımlanan fotolar da diqqət mərkəzinə düşüb. Həmin fotolar arasında Epşteynin Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmen Sultan Əhməd bin Sulayemlə birgə şəkli yer alır. Lakin yazışmalarda adı çəkilən “Sultan bin Sulayem”lə fotodakı biznesmenin eyni şəxs olub-olmadığı rəsmi şəkildə təsdiqlənməyib. Sultan Əhməd bin Sulayem bu yazışmalarla bağlı ictimai açıqlama verməyib.

“Merante-Baku-Important”: Konqres səfəri planları

Epşteyn sənədlərində Azərbaycanın adının keçdiyi digər diqqətçəkən məqam 2014-cü ilə aid e-maillərdir. Həmin il Epşteynin qardaşı Mark L. Epşteyn Cozef Merante adlı şəxsdən aldığı və “Merante-Baku-İmportant” başlığı ilə işarələnmiş məktubu Cefri Epşteynə göndərib. Məktubda qeyd olunur ki, ABŞ Konqres üzvlərinin 21 may-4 iyun tarixlərində Azərbaycana səfəri planlaşdırılıb, yalnız bir konqres üzvü səfəri təsdiqləyib, digərləri imtina edib, azərbaycanlı sponsorlar yaranmış vəziyyətdən narahatdır, konqresmenlərin yerinə media, maliyyə, bankçılıq, təhsil və digər sahələrdə tanınmış şəxslərin cəlb edilməsi təklif olunur, səfər “plus-one” formatında nəzərdə tutulur və bütün xərclər birinci sinif səviyyəsində qarşılanır.

HDİ-nin saytında yayımlanan məlumatlara əsasən, səfər “AzPod” şirkəti ilə birgə təşkil olunub, nümayəndə heyəti Bakıda parlament üzvləri və keçmiş xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Epşteynin bu səfərin təşkili və nümayəndə heyətinin formalaşdırılmasında birbaşa rolunun olub-olmadığı sənədlərdə açıq göstərilmir. ABŞ Ədliyyə Nazirliyi və hüquq ekspertləri bildirir ki, Epşteynlə yazışmaların və ya əlaqələrin mövcudluğu avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Açıqlanan sənədlər ittiham aktı deyil, “müştəri siyahısı” hesab olunmur, sənədlərdə adı çəkilən ölkə və şəxslərlə bağlı hüquqi nəticə çıxarılmasına əsas vermir.

Paraqraf.com

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Zelenski Ukraynanın Kubadakı səfirini vəzifəsindən azad edib
Next: ABŞ Prezidenti şatdauna son qoymaq üçün tədbirlər gördüyünü bildirib

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.