Çinin şərqində yerləşən Tszyansu əyalətində körpünün uçması nəticəsində azı beş nəfər həlak olub.
Paraqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Daha əvvəl iki nəfərin öldüyü, üç nəfərin isə itkin düşdüyü bildirilirdi. Qeyd olunub ki, itkin düşən üç nəfərin meyiti tapılıb və bununla da həlak olanların sayı beşə yüksəlib.
Axtarış-xilasetmə işləri başa çatdırılıb.
Körpünün uçma səbəbləri araşdırılır.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
