Skip to content
08 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 2
  • Türkiyə alternativ NATO yaradır, Qərb indidən qorxuya düşüb: Azərbaycanın yeni hərbi-siyasi ittifaqda təmsilçiliyi istisna deyil

Türkiyə alternativ NATO yaradır, Qərb indidən qorxuya düşüb: Azərbaycanın yeni hərbi-siyasi ittifaqda təmsilçiliyi istisna deyil

admin 02 Fevral 2026 7 minutes read
e752bda71898d04f865c50616bdbc13c
PAYLAŞIN:

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında mümkün müdafiə sazişi regional güc balansını yenidən formalaşdıra bilər… Müsəlman ölkələri arasında strukturlaşmış hərbi-siyasi əməkdaşlıq prosesi artıq yeni mərhələyə keçmək üzrədir…

Qlobal məkanda yeni hərbi-siyasi ittifaqın formalaşması həlledici mərhələyə qədəm qoyub. Belə ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında mümkün üçtərəfli müdafiə sazişinin imzalanması istiqamətində müzakirələr intensivləşib. Və əgər, bu üç ölkə arasında belə bir hərbi saziş imzalanarsa, bu, həm Yaxın Şərq, həm də Cənubi Asiyanın təhlükəsizlik balansında ciddi dəyişikliklərə yol aça bilər.

Onu da qeyd etmək lazımdır ki, təxminən on aya yaxın davam edən danışıqlar artıq layihə mərhələsinə çatıb. Yəni, bu təşəbbüsün taktiki deyil, strateji xarakter daşıdığını artıq qətiyyən şübhə doğurmur. Belə ki, Pakistanın müdafiə sənayesi naziri Raza Həyat Hərəcin bu barədə açıqlamaları və Türkiyənin xarici işlər naziri Hakan Fidanın ehtiyatlı etirafları bu prosesin tədricən yekun razılaşmaya doğru irəlilədiyini göstərir.

Bu üçtərəfli formatın mahiyyətindəki ən önəmli məqam isə ondan ibarətdir ki, planlaşdırılan saziş əvvəlki Səudiyyə Ərəbistanı-Pakistan razılaşmasından strukturlaçma baxımından, tamamilə avtonomdur. Bu, Səudiyyə Ərəbistanının təhlükəsizlik siyasətində çoxşaxəli yanaşmaya keçildiyini göstərir. Və Türkiyənin isə regional müdafiə şəbəkələri qurmaq xəttini sistemləşdirdiyini biruzə verir.

turkiye-herbi-senaye-silah..jpg (142 KB)

Bəzi ehtimallara görə, bu üçtərəfli format hərbi-texniki əməkdaşlıq (birgə istehsal, pilotsuz sistemlər, HHM və raket texnologiyaları), təlim və əməliyyat uyğunluğu (birgə təlimlər, doktrina mübadiləsi), eləcə də, sənaye kooperasiyası (Türkiyənin müdafiə sənayesi, Pakistanın istehsal təcrübəsi, Səudiyyə Ərəbistanının maliyyə və bazar imkanları) üzərində qurula bilər. Və belə bir sazişin qlobal məkanda yeni hərbi-siyasi iradə mərkəzi yarada biləcəyindən narahat olan rəqib ölkələr isə artıq indidən informasiya savaşına başlayaraq, şayiə yaymağa çalışırlar.

Məsələ ondadır ki, Fransanın nüfuzlu media qurumlarının yaydığı iddialara cavab reaksiyası olaraq, “Türkiyənin bu yeni hərbi-siyasi alyans layihəsindən artıq imtina etməsi” barədə şayiələrin dərhal təkzib edilməsi də qətiyyən təsadüfi deyil. Çünki qlobal məkanda belə şayiələrin yayılması adətən, ya danışıqlar prosesini zəiflətmək, ya da tərəflər arasında etimadsızlıq mühiti yaratmaq məqsədi daşıyır. Və Türkiyə mənbələrinin belə informasiyaları qətiyyətlə inkar etməsi onu göstərir ki, bu proses siyasi səssizlik rejimində davam etdirilir.

Maraqlıdır ki, son aylarda Ağ Ev və Təl-Əvivin Ər-Riyada artan təzyiqlərinə paralel olaraq, Səudiyyə Ərəbistanının regional mövqeyində tədricən müəyyən korrektələr də müşahidə edilir. Belə ki, rəsmi səviyyədə “siyasət dəyişməzliyi” bəyan edilsə də, bu dövlətin informasiya mühitində İsrail və BƏƏ-yə yönəlik tənqidlərin intensivliyi diqqət çəkir.

437786_1765435537.jpg (99 KB)

Belə ikili yanaşma isə Ər-Riyadın öz manevr arealını mümkün qədər geniş saxlamaq cəhdi ilə izah olunur. Yəni, Səudiyyə Ərəbistanı bir tərəfdən, ABŞ-la strateji münasibətlərini qorumağa çalışır. Digər tərəfdən isə regional ictimai rəyə uyğunlaşmağa və alternativ təhlükəsizlik mexanizmlərini sınaqdan keçirməyə cəhd göstərir.

Ancaq onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankara yalnız bu üçtərəfli formatla kifayətlənmir. Belə ki, Pakistanla ikitərəfli hərbi-siyasi mexanizmlər, Misirlə qarşılıqlı münasibətlərin normallaşmasına paralel olaraq, təhlükəsizlik dialoqu və Cənubi Qafqazda Azərbaycanla Şuşa Bəyannaməsi Türkiyənin “blokdan çox şəbəkə” strategiyasını ortaya qoyur. Və bu strategiyanin əsas məqsədi isə vahid, sərt alyansdan daha çox, çevik və funksional ortaq müdafiə əlaqələrinə bağlı hərbi-siyasi sistem qurmaqdır.

Təbii ki, Türkiyə rəsmilərinin də vurğuladığı kimi, eyni vaxtda bir neçə hərbi ittifaqda paralel iştirak beynəlxalq praktika ilə ziddiyyət təşkil etmir. Belə ki, ABŞ-ın patronajlığı altında qurulan AUKUS nümunəsi və Avropada NATO-dan kənar müdafiə təşəbbüsləri də bunu təsdiqləyir. Azərbaycanla Şuşa Bəyannaməsi isə rəsmi Ankaranın ikitərəfli ortaq müdafiə mexanizmlərini artıq reallaşdırdığını göstərir. Bu kontekstdə Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı xətti NATO-ya alternativ görünməklə yanaşı, həm də onu tamamlayan regional hərbi-siyasi üçbucaq kimi də təqdim oluna bilər.

turk-ordu-nato-images.jpg (13 KB)

Maraqlıdır ki, bəzi Qərb mənbələri vaxtilə Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi müzakirə edilərkən də oxşar şübhələr və təkziblərin səsləndirildiyini xatırladırlar. Onların fikrincə, həmin dövrdə Bakı-Ankara xəttində “tam hərbi ittifaq yoxdur” ritorikası Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün istifadə edilirdi. Ancaq buna paralel olaraq, faktiki hərbi-siyasi inteqrasiya sürətlə gedirdi. Və bu önəmli presedent indiki proseslərin də tezliklə “səssiz diplomatiya” ilə yekunlaşa biləcəyini qətiyyən istisna etmir.

Göründüyü kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında mümkün müdafiə sazişi regional güc balansını yenidən formalaşdıra bilər. Eyni zamanda, ABŞ mərkəzli NATO təhlükəsizlik modelinə alternativ ola biləcək hərbi-siyasi sistemin yaranma ehtimalı da mövcuddur. Və nəhayət, bu reallaşarsa, müsəlman ölkələri arasında da strukturlaşmış hərbi-siyasi əməkdaşlığın yeni mərhələyə keçmə ehtimalı inandırıcı görüntülər ala bilər.

Belə anlaşılır ki, bu razılaşmanın rəsmən imzalanması zaman tələb etsə də, mövcud müzakirə dinamikası onu göstərir ki, məsələ qısamüddətli hərbi-siyasi jest xarakteri daşımır. Belə ki, bu proses daha uzunmüddətli və hərbi mahiyyət daşıyan geopolitik layihənin reallaşdırılması üçün başladılıb. Və bu hərbi-siyasi layihə Yaxın Şərqdən üzü Cənubi Asiyaya qədər uzanan genişmiqyaslı təhlükəsizlik xəritəsini ciddi şəkildə dəyişə bilər.

Elçin XALİDBƏYLİ
Siyasi ekspert

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Gədəbəydə 12 yaşlı uşaq dəm qazından boğularaq ölüb
Next: Gənc müəllimlər təhsildə yeni nəfəsdir- Əmrah Həsənli

OXŞAR MÖVZULAR

IMG-20260507-WA0004

“Milyonluq tankları ucuz dronlar məhv edir” – Müharibənin yeni qaydaları dəyişir

admin 07 May 2026
IMG-20260507-WA0003

“İranın BƏƏ-yə yeni hücumu bölgədə gərginliyi artıra bilər” – Politoloqdan ŞƏRH

admin 07 May 2026
Glaq7EpuJaIISEdw81CvEcm8YThfSE6K3OUBQA6j_1200

Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır

admin 07 May 2026

XƏBƏR LENTİ

“Bir ocaqda iki şairin işığı” gecəsində Tünzalə Ağayeva çıxışı ilə diqqət çəkib Screenshot

“Bir ocaqda iki şairin işığı” gecəsində Tünzalə Ağayeva çıxışı ilə diqqət çəkib

07 May 2026
“Milyonluq tankları ucuz dronlar məhv edir” – Müharibənin yeni qaydaları dəyişir IMG-20260507-WA0004

“Milyonluq tankları ucuz dronlar məhv edir” – Müharibənin yeni qaydaları dəyişir

07 May 2026
“İranın BƏƏ-yə yeni hücumu bölgədə gərginliyi artıra bilər” – Politoloqdan ŞƏRH IMG-20260507-WA0003

“İranın BƏƏ-yə yeni hücumu bölgədə gərginliyi artıra bilər” – Politoloqdan ŞƏRH

07 May 2026
“CBC Sport” “Bavariya” – PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib ZxDXslolXpFw3LU2fDfwvcFtuWb8r8skTeD9FrPg_1200

“CBC Sport” “Bavariya” – PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib

07 May 2026
Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır Glaq7EpuJaIISEdw81CvEcm8YThfSE6K3OUBQA6j_1200

Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır

07 May 2026
Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var 3IWgANJ45HVVMut1MqfccsX82FGvOdG69xkf5V3O_1200

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var

07 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.