Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026-cı il üzrə Gənclər üçün Prezident mükafatına layiq görülən gənclər arasında “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva da yer alıb.
“Regional İnkişaf” İctimai Birliyinin kollektivi Prezident İlham Əliyevə gənclərə göstərilən yüksək etimada, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə dərin təşəkkürünü bildirib.
Qeyd olunub ki, bu mükafat gənclərin ictimai fəallığının, peşəkarlığının və ölkənin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Kollektiv mükafata layiq görülmüş həmkarları Gülbağda Leysanova Hacıyevanı təbrik edərək, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Həsən
Paraqraf.com
![]()
